Xose Muxika () — 2010-2015-ci illərdə vəzifədə olmuş Uruqvayın 40-cı prezidenti.

Həyatı Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər.

13 may 2025-ci ildə vəfat edib.

Şəxsi həyatı Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu, 1987-ci ilin istehsalı və qiyməti 1945 ABŞ dolları olan Volkswagen Käfer idi. O, dünyada ən kasıb (əliaçıq) prezident sayılır. Prezidentlik dövründə prezident sarayında deyil, kənddə fermada yaşamışdır. 12500 ABŞ dolları ekvivalentində olan prezident maaşından yalnız 1250 ABŞ dollarını özündə saxlayaraq qalan hissəsini xeyriyyəçiliyə sərf edib. "Bu pul mənə bəs edər, çünki əhalinin bir hissəsinin bundan da az gəliri var" demişdir.

İstinadlar

Xarici keçidlər

Marixuananı leqallaşdıran siyasətçi: "Revmatizmli qoca kimi öləcəm" – MÜSAHİBƏ/FOTOLAR. publika.az, 01.11.2015

Kateqoriya:Uruqvay siyasətçiləri Kateqoriya:Uruqvay prezidentləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Panteistlər Kateqoriya:Antikapitalistlər Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Ateistlər