Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.Nizami Kino Mərkəzində "Fəryad" filmi nümayiş olunur: [filmin quruluşçu rejissoru Ceyhun Mirzəyevdir] //Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 3.

Məzmunu "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…

Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

Festivallar və mükafatlar 1) 1994-cü ildə Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.

2) 1994-cü ildə Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.

3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir.

Film haqqında Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir."Fəryad" filminin kadrarxası: Baş rolun ifaçısı Ceyhun Mirzəyevin izləyə bilmədiyi film //Azadlıq.- 2014.- 30 iyun.- S.14. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranboya gələnlərdir. Filmdə "Ögey ana" filminin kadrlarından istifadə olunmuşdur.""Ögey ana"nın İsmayılı "Fəryad"ın qəhrəmanı oldu" //Xalq.- 2011.- 16 aprel.

Filmin heyəti

Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) Prodüser: Nazim Abdullayev Texniki prodüser: Faiq Əliyev Ssenari müəllifi: Vaqif Mustafayev Quruluşçu rejissor: Ceyhun Mirzəyev Quruluşçu operator: Kənan Məmmədov (Kənan Əziz kimi) Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis Rza kimi) Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Əsəd Əsədov Montaj edən: Nailə Dadaşova Filmin direktoru: Qasım Səfəroğlu Rejissor: Süleyman Əhmədov Operator: Tərlan Babayev Çalır: Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl Dirijor: Rafiq Babayev Baş məsləhətçi: Rüfət Əmirov (polkovnik) Məsləhətçi: Nizami Musayev (polis podpolkovniki) Rejissor assistenti: Aydın Mahmudbəyov, N.Məmmədova, Elşən Məmmədov, Ülvi Mehdi (4-cü titrlərdə yoxdur) Operator assistenti: M.Muradov Rəssam assistenti: Əziz Məmmədov Montaj üzrə assistent: S.Heydərqızı Qrim rəssamı: Elbrus Vahidov, Çingiz Paşayev Dekor rəssamı: Rafiq Nəsirov Fotoqraf-rəssam: Pərviz Quliyev Rəng araşdırıcısı: Əminə Cəfərova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov İşıq ustası: Tahir Bağırov İşıqçı: Məhəmməd Hacıyev, Şəmsi Qədirov Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov Pirotexnik: Əlibala Məmmədov Redaktor: Mirzəağa Atəş İnzibatçı: M.Səfərov, F.Hüseynov, Ü.Səfərov Rus dilindən tərcümə mətnini oxuyan: Rafiq Hüseynov (titrlərdə yoxdur)

Rollarda Ceyhun Mirzəyev — İsmayılDadaşov, A. Ceyhun Mirzəyevin "Fəryad"ı //Mədəni həyat.- 2014.- № 4.- S.80–81. Məlik Dadaşov — Armen Xaçaturyans"Axırıncı aşırım"dan "Fəryad"a qədər: Məlik Dadaşov xarakterlər ustasıydı: [Xalq artisti haqqında] //Şərq. — 2011.- 18 iyun.- S. 11. Hacı İsmayılov — Rövşən Liana Qudadze — Asya Fikrət Məmmədov — erməni əsgər Cəbrayıl Rzayev Yekaterina Arçaiya Şamil Mahmudbəyov — Samvel Nəcibə Behbudova — erməni qadın Lalə Bağırova — erməni müəllimə Elmira Şabanova — İsmayılın anası Fərəc Fərəcov — Xoren Yuri Qorobets Şahmar Qəribli (Şahmar Qəribov kimi) — erməni Lida Babayeva Sənubər İsgəndərli — İsmayılın arvadı Rahib Əliyev Konstantin Artyomov Aqşin Səfərov Kamal Hüseynov Kamil Məhərrəmov Nazir Əliyev — erməni milis nəfəri Rafiq Əliyev Nazim İbrahimov Anar Məmmədov Elşən Rüstəmov — ağ atlı oğlan Cavanşir Hadıyev Heybət Hörmət (Heybət Hörmətzadə kimi) — Levon Ağaəli Babayev Süleyman Zeynalov Şahin Balakişiyev İdris Rüstəmov Elbrus Vahidov Namis Şirməmmədov — zabit Emiliya Əzimova Aydın Mahmudbəyov N.Quliyev Kənan Məmmədov — erməni E.Satılmışov Manaf Dadaşov G.Abdullayeva Səhiyəddin Həsənov (S.Həsənov kimi) Rafiq Qasımov G.İmanova R.Məhərrəmova Faiq Babayev Azad Dadaşov Ruslan Kərimov — erməni

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362–364. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Kateqoriya:1993-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Ceyhun Mirzəyevin filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Sahibinin ölümündən sonra yayımlanmış əsərlər Kateqoriya:Azərbaycanın dram filmləri