Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Məşrif kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir.
Coğrafiyası və iqlimi Kənd dağətəyi düzənlikdə yerləşir.
Əhalisi Əhalisinin sayı 400 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır."Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Siyəzən rayonunun kəndləri