Ağayev Mübariz Alı oğlu () — 2006–2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015–2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Həyatı Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.

1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib.

1979–1986-cı illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor,

1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor,

1987–1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri,

1989–1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis,

1991–1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor,

1995–1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor,

1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib.

2006–2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,

2007–2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı,

2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı,

2015–2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

İstinadlar

Kateqoriya:Göyçay Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Quba Rayon İcra Hakimiyyətinin başçıları