() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2. Azərbaycanın nadir növüdür.

Botaniki xarakteristikası Həmişəyaşıl kol və ya ağacdır. Hündürlüyü 5-6 (10) m-dir. Yarpaqları dərivari, uzunsov-ellipsşəkilli, 5-20 sm uzunluğunda, tamkənarlı və ya az hallarda seyrəkdişlidir, üst tərəfdən parıldayan tünd-yaşıl, alt tərəfdən bir qədər solğundur. Çiçəkləri ikicinsli, beşüzvlüdür, ağırdır, sıx çiçək salxımları qrupuna toplanmışdır, kasayarpaqcıqları sivridir, ləçəkləri tərs-yumurtavaridir, 3mm-ə qədər uzunluqdadır; erkəkcikləri 20 ədəddir, yumurtalıq oturaqdır, sadə sütuncuqludur. Meyvələri dəyirmi-yumurtavari, çəyirdəklidir, yetişəndə qaradır, çəyirdəyi hamar, yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Aprel-may aylarında çiçəkləyir. Sentyabr ayında meyvə verir. Tozlanması entomofildir. Toxumla və vegetativ üsulla çoxaldılır. Mezofitdir, xüsusən quraqlıq rayonlarda kölgəyə davamlı, işıqsevən, rütubətə və torpağa tələbkardır. Aşağı və orta dağ qurşaqlarında, sıldırım dağ yamaclarında, təpəciklərdə, bəzən isə dəniz səviyyəsindən 2200–2300 m yüksəkliyədək olan yerlərdə, əsasən palıd, vələs və digər tipli meşələrdə meşəaltı cins kimi bitir. Dekorativ bitkidir. Oduncağı bərk, rəngi açıq-sarı, mərkəz hissəsi tünd-çəhrayıdır, yaxşı cilalanır, gözəl rəngə və yüksək texniki xüsusiyyətə malikdir. Meyvəsi yeməlidir. Qabığı, tumurcuğu və toxumu zəhərlidir, tərkibində sianid turşusu vardır.

Ümumi yayılması Balkan yarımadası, Kiçik Asiya və İranda təbii arealları vardır.

Azərbaycanda yayılması Astara, Balakən rayonları ərazilərində təbii halda yayılmışdır.

Lənkəran ovalığı (Astara şəhərinin ətrafında), Böyük Qafqazın qərb hissəsi (Balakən rayonu Mazım çayının sol sahili). Hirkan Milli Parkının Aşağı Hıron kəndi yaxınlığında, dəniz səviyyəsindən 296 m yüksəklikdədir.

Sayı və tendensiyası Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər Populyasiyanın sayının azlığı və antropogen amillər. 

Mühafizə tədbirləri Zaqatala Dövlət Təbiət Qoruğunda və Hirkan Milli Parkında mühafizə olunur. 

Zəruri qoruma tədbirləri Yeni yasaqlıqların yaradılması vacibdir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gürcüstan florası Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Azərbaycan florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:İran florası Kateqoriya:Bolqarıstan florası Kateqoriya:Albaniya florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları