Aşağı Güzdək — Azərbaycan Respublikasının Abşeron-Xızı iqtisadi rayonunun Abşeron rayonunun Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsinin mərkəzi.
Coğrafiyası Aşağı Güzdək qəsəbəsi rayon mərkəzindən — Xırdalan şəhərindən 14 km şimal-qərbdə, Güzdək dəmiryolu stansiyasından 600 m aralıda, Sumqayıt şəhərindən təqribən 16 km məsafədə, Ceyranbatan qəsəbəsindən təqribən 10 km məsafədə yerləşir.
Tarixi Məntəqə əvvəllər Güzdək dəmir yol stansiyası yanında qəsəbə adlandırılmışdı, 1965-ci ildən isə qəsəbənin adı indiki kimi rəsmiləşdirilmişdir. Bu oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlı yaranmışdı. Bu oykonimin ikinci komponenti güzlək (payız otlağı) sözünun tələffüz formasıdır.
1961-ci il üçün tərtib edilmiş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsünə görə, Sumqayıt şəhərini Sumqayıt şəhər Sovetinin tərkibində Güzdək dəmir yol stansiyası yanında qəsəbə qeyd oplunurdu ( — ).
1963-cü il üçün tərtib edilmiş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsünə görə, Güzdək dəmir yol stansiyası yanında qəsəbə Abşeron rayonunun Ceyranbatan qəsəbə Sovetinin tərkibində göstərilirdi.
Həm 1968-ci il üçün, həm 1977-ci il üçün tərtib edilmiş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsünə görə, Aşağı Güzdək qəsəbəsi Abşeron rayonunun Ceyranbatan qəsəbə Sovetinin tərkibində göstərilirdi.
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılmışdır.
Hah hazırda, Aşağı Güzdək qəsəbəsi Azərbaycan Respublikasının Abşeron-Xızı iqtisadi rayonunun Abşeron rayonunun Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsinin mərkəzidir.
Əhalisi 1976-cı ildə qəsəbədə 1007 nəfər yaşayırdı.
2008-ci ildə qəsəbədə 2164 nəfər yaşayırdı.
1 yanvar 2025-ci il üçün Aşağı Güzdək qəsəbəsində 7917 nəfər yaşayırdı.
İstinadlar
Kateqoriya:Abşeron rayonunun qəsəbələri