Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır.
Tarixi
Tarixi abidələri Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5196Məbəd və qala divarlarının qalıqlarıQeyd olunmayıbƏsrik Cırdaxan kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez–tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999200799110162009↗2075↗1056↗1019
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir.
Təhsil Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.
Bundan başqa kənddə Əsrik Cırdaxan kənd körpələr evi–uşaq bağçası fəaliyyətdədir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Əsrik Cırdaxan kənd xəstəxanası yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri