Bülent Ərsoy (; ) — Məşhur türk sənətçisi, transseksual.
Həyatı Məşhur türk sənətçisi Bülənt Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı.
1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məşhur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ersoy uzun müddət səhnədən uzaqlaşdırıldı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Transseksuallar Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyədə LGBT şəxslər Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:XX əsr Türkiyə aktrisaları