Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru. .

Həyatı Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur.

1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.

Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.http://www.elibrary.az/cgi/azirbis64r/cgiirbis_64.exe?Z21ID=&I21DBN=AREF& TahirAllahyarova, Tahirə Bəkir qızı. Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi : fəlsəfə elm. dok. … dis. avtoreferatı: 09.00.11 / T. B. Allahyarova ; Bakı Dövlət Universiteti. – Bakı, 2007. – 53 s. ; 20 sm. – 100 экз

Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur. O hesab edir ki, mürəkkəb humanistik sistem kimi cəmiyyətdə sosial-siyasi dinamikanı, inkişaf proseslərini, xüsusilə də baş verən dəyişiklikləri, bir mərhələdən digərinə keçid məqamlarını sinergetik model, indiyə qədər mövcud olan bütün modellərdən daha adekvat əks etdirə bilir. Alim öz tədqiqatında "humanitar elmlərin məntiqi əsasları" probleminə geniş yer verir. İnsanlararası münasibətlərdə hazırda üstünlük təşkil edən inkar məntiqinin, dialoq və tolerantlıq məntiqi olan qeyri-səlis məntiqə köklənməsi zərurətinə diqqət yönəldir. Tahirə Allahyarova ilk dəfə olaraq sosial (humanitar) sinergetikanın metodoloji konseptual sintezin yeni səviyyəsi kimi müəyyənləşdirməyə cəhd etmiş, Lütfi Zadənin elmə gətirdiyi "fövqəlmürəkkəb humanistik sistem" anlayışının mahiyyəti və mənasının açıqlanmasına cəmiyyətin humanistik, sinergetik sistem kimi səciyyələndirilməsinə səy göstərmişdir. Onun elmi tədqiqatında siyasi həyat sosial sinergetikanın obyekti kimi nəzərdən keçirilir, "açıq cəmiyyət, qapalı cəmiyyət, vətəndaş cəmiyyəti" və s. konsepsiyaların sosial-sinergetik ekspertizasına cəhd edilir, cəmiyyətin "vəhdətdə özünütəşkil edən sinergetik sistem" kimi anlayışı təqdim olunur. Alim "sosial-siyasi seçim, sosial nizam və xaos, siyasi böhran və siyasi lider, attraktiv strukturlaşmada liderin rolu" kimi məsələləri təhlil etmişdi. Tahirə Allahyarova bu kontekstdə Azərbaycan tarixinin ən çətin məqamında ona rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin müstəqil dövlətin təşkilatlandırılması sahəsindəki fəaliyyətinə sinergetik paradiqmadan nəzər salmışdır. Tədqiqatda böhran məqamlarında onun qərar qəbul etmə strategiyasında təşkilatlanma, özünütəşkil və idarəetmə müstəvilərinin optimal balansının uzlaşdırılmasının nəzəri və praktiki aspektlərinin sinergetik prinsiplərə adekvat olmasının, xaotik fəzada lider amili və onun rəhbərlik spesifikasının təhlilinə xüsusi diqqət yetirmişdir.

Tahirə Allahyarova elmi tədqiqatında ən müasir fəlsəfi məntiq və "humanitar elmlərin məntiqi əsasları" problemini gündəmə gətirməklə, məntiq paradiqmalarının epoxal dinamikasını izləyərək, "elmin məntiqi əsasları" probleminin kölgədə qaldığını bildirmişdir. Bu baxımdan onun təqdim etməyə çalışdığı yeni metodologiya ilk növbədə humanitar məntiqin təməlində baş verən köklü dəyişiklik kontekstində şərh edilir. Burada Lütfi Zadənin qeyri səlis məntiq nəzəriyyəsinin kəşfi ilə fəlsəfi-humanitar məntiqin yüksək nüfuz və status əldə etməsi faktı vurğulanır, mürəkkəblik metodologiyasının məntiqi əsasını başlıcı olaraq qeyri səlis məntiqin təşkil edə biləcəyi fikri vurğulanır. Tədqiqatlarında sinergetika və qeyri-xəttiliyin, qeyri-səlisliklə müqayisəli təhlili aparılır, qeyri-səlisliyin müxtəlif məntiq təlimlərindən keyfiyyət fərqləri göstərilir, onun cəmiyyətə tətbiq imkanları araşdırılır. Dialektika və sinergetika kontekstində ənənəvi, klassik və yeni məntiq təlimlərinin müqayisəli təhlili verilir, tarixi prosesdə "özünü təşkilatlandıran vəhdətin və sinergiyanın" rolu nəzərdən keçirilir. O, inkişaf nəzəriyyələri kimi dialektika və sinergetikanın müqayisəli fəlsəfi təhlili nəticəsində alınan yeni müddəaları təqdim edir.

Tahirə Allahyarovanın tədqiqatında xətti, qeyri-xətti, dalğavari, spiralvari, tsiklik-dinamik, xaotik inkişaf modellərinin fərqli cəhətləri şərh edilir, sinergetik inkişaf nəzəriyyəsi mövcud baxışlar sistemində yeni keyfiyyət mərhələsi kimi səciyyələndirilir. Alim cəmiyyətin sosial idarə olunmasında sosial informasiya və sosial entropiya anlayışlarının mənasını, təzahür xüsusiyyətlərinin tənzimləmə mexanizmlərini açıqlamışdır. Bu aspektdə sosial sistem anlayışının yeni – sinergetik humanistik sistem kimi mənası təqdim edilmişdir. Tədqiatda sosial sistemin inkişafına dair nəzəriyyələrdə mübahisəli məqam olan "böhran, təşəkkül, inkişaf" pillələri arasındakı çətin sezilən hüdudların ayırd edilməsinə cəhd göstərilir, sosial sistemdə "vəhdət" (unita) və "bütövlük" (totalita) anlayışlarının müqayisəli məna tutumuna diqqət yetirilmişdir. Alim sosial sinergetika kontekstdə "açıq sistem" anlayışını təhlil etmiş, onun müxtəlif vəziyyətlərini fərqləndirmişdir.

Tahirə Allahyarova öz tədqiqatı nəticəsində belə qənaətə gəlmişdir ki, müasir cəmiyyətdə baş verən prosesləri təhlil etməyə iddialı olan hər bir sosial fəlsəfi, politoloji nəzəriyyə, elmi konsepsiya hökmən üç cəhətə fikir verməlidir: 1) mürəkkəb sistemlərin müəyyən məqamlarda müxtəlif təbiətli (cüzi hesab edilən) başlanğıc təsirlərə məruz qalmasını və onların sonucda gözlənilməz böyük effektli nətəcələr verə bilməsinə diqqət etməlidir; 2) bu məqamlarda sistemin öz gələcəyi naminə qarşılıqlı vəhdət və bağlılıq prinsiplərinin həssas olmasını nəzərə almalıdır; 3) hər hansı ehtimal və proqnozların özündə qeyri-xətti, xaotik determinizm prinsiplərinə əsaslanan "ssenarini" təsvir edə bilməsini diqqət mərkəzində saxlamalıdır. Alim tədqiqatında sosial sinergetikanın cəmiyyətin vəhdətdə özünütəşkil kimi, yeni sosial ontologiya, qnoseologiya və metodologiyanın ortaq nəzəri sintezi kimi ictimai elmə öz predmet və obyektini fərqli fokus nöqtəsindən təhlilinə imkan verdiyini göstərmişdir.

Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunmuşdur

Əsərləri

Monoqrafiyalar "Ekoloji mədəniyyət və ictimai tərəqqi".-Bakı, "Elm" nəşriyyatı, 1994,172 s. Kitabda mədəniyyət fenomeninin ümumi fəlsəfi-metodoloji aspekti, "ekoloji mədəniyyət" anlayışının mədəni-subordinasior quruluşu, ictimai tərəqqinin real əsası olan təbii mühitin struktur coximkanlılığı, "təbiət-cəmiyyət" sistemindəki ziddiyyətlərin həll olunma istiqaməti kimi ekoloji mədəniyyətin qərarlaşmasının əhəmiyyəti təhlil edilmişdir. "Fəlsəfə, ictimai elm və metodologiya. Vəhdət fəlsəfəsi metodoloji ideal kimi (metodoloji propedevtika)" ("Vəhdət fəlsəfəsi" seriyasından I kitab). Bakı, "Elm", 2004. −172 s. Kitabda, müasir ictimai elmin fəlsəfi-metodoloji problemləri nəzərdən keçirilir. XX əsrin II yarsından təbiətşünaslıq sahəsində dünyanı bütövlükdə və vəhdətdə dərk etməyi mümkün edən metodoloji mövqenin ön cərgəyə cıxmasına diqqət cəlb edilir. Ümumiyyətlə zəkanın, o cümlədən təbii-elmi idrakın özünütəşkilində, paradiqma, nəzəriyyə, hipoteza və s. kimi mərhələlərdə fəlsəfi metodologiyaya xüsusi zərurət yarandığı açıqlanır. Təbiətşünaslıqda "yeni" adlandırılan metodologiyanın fəlsəfədə mövcud olan "dünyanın vəhdəti" ideyasının aşkarlanması kimi şərh edilməsini düzgün hesab edir. "Sinergetika-I. Təbiətin vəhdətdə özünütəşkili. Sinergetik ontologiya". "Vəhdət fəlsəfəsi" seriyasından II kitab. Bakı, "Elm", 2004.- 372 s. Bu kitabda, fəlsəfi zəkanın fundamental mövzularından biri-ontologiya təhlil edilir. Müasir elmi istiqamət olan sinergetikanın bu kontekstdə əsas müddəaları, "sinergetik ontologiya"nın əsas cizgiləri təqdim edilir. Yeni dövrdən üzü bəri dünyanın fəlsəfi mənzərəsində Aristotel xəttinin birtərəfli inkişaf etdirilərək ontologiya və qnoseologiya, bunların ikisi ilə aksiologiyanın arasında özgələşmə yarandığına, həmçinin "Öz" (təməl) varlığın, "Söz" varlıqla müayisədə arxa plana keçdiyinə diqqət cəlb edilir. XX əsrdə varlıq probleminə münasibətdə təbii-elmi idrakın, fəlsəfi zəkaya yaxınlaşması meyllərinin baş verməsi açıqlanır, varlıq və qeyri-varlıq qatlarının vəhdətdə olduğuna "özünütəçkil, özününaşkarlama" fenomeninin "mühüm aydınlıq" gətirməsi, onun əhəmiyyəti vurğulanır. "Təməl", vəhdət varlığın adekvat mənzərəsinin yaradılması üçün, ontologiya, qnoseologiya və metodologiyanın qarşılıqlı bağlılıqda səy göstərmələrinin, məqsədəuyğunluğu fikri irəli sürülür. Tahirə Allahyarova vəhdət fəlsəfəsinin beşlik kimi nəzərdə tutduğu növbəti üç kitabı üzərində işini davam etdirir. Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Bakı, "CBS-PP MMC", 2010. −145 S. Kitab müstəqillik dövründə ölkədə siyasi partiyaların yaranması, dinamikası, seçki proseslərində iştirakı və real vəziyyəti ilə maraqlanan geniş oxucu auditoriyasına ünvanlanmışdır. Nəşrdə həmçinin partiyaların ideoloji spektri, resursları və seçki taktikası, 2010-cu il parlament seçkiləri öncəsi vəziyyəti və əsas məqsədləri öz əksini tapmışdır.http://sam.gov.az/nesrler/azerbaycanda-siyasi-partiyalar-seckiden-seckiye Tahira Allahyarova, Farhad Mammadov. Political Parties in Azerbaijan: from Election to Election Baku, Azerbaijan,2010–145 p.

Elmi məqalələri Tahira Allahyarova Media in democratic society: realities and perspectives "Media in Democratic Society: International and Local Experience"// The Materials of International Conference"Mass media in democratic society:international and national experience 12 March 2010 http://sam.gov.az/en/events/international-conferences ; Tahira Allahyarova Les médias dans la société démocratique :les réalités et les perspectives //Materiels de la conférence internationale"Les médias dans la société démocratique :expériences internationales et nationales"12 Mars 2010. Bakou – 2010http://sam.gov.az/en/events/international-conferences; Demokratik cəmiyyətdə media: reallıqlar və perspektivlər// ("Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə" Beynəlxalq Konfransının materialları 12 mart 2010, s. 46–58)// http://sam.gov.az/sites/default/files/publications/demokratik_cemiyetde_media.pdf;http://www.humanrights-jwg.org/kitabxana/796-demokratik- konfrans_kitab.pdf Allahyarova T. B. Xocalı soyqırımı Ermənistanın həyata keçirdiyi məqsədli və düşünülmüş siyasət kimi qiymətləndirilməlidir //(SAM-da Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş Beynəlxalq Konfransın materialları. (25 fevral 2010-cu il)- "Analitik baxış" (SAM-ın aylıq analitik informasiya məcmuəsi), 2010, № 1, s. 17–22; http://sam.gov.az/sites/default/files/analitik_baxis.pdf Allahyarova T. B. Beyin hücumu XXI əsrdə: problemlər və ideyalar.// (SAM-keçirilən dəyirmi masada məruzə, müzakirələrin təhlili və yekun tövsiyələr)- "Analitik baxış", (SAM-ın aylıq analitik informasiya məcmuəsi), 2010, № 2, s. 4–15; https://web.archive.org/web/20110706131213/http://sam.gov.az/sites/default/files/publications/analitik_baxis2.pdf