David Rikardo (; ) — ingilis iqtisadçısı.

Həyatı David Rikardo Londonda Hollandiyadan köçən ispan mənşəli yəhudi olan iri birja işbazının ailəsində dünyaya gəlmişdir. Onun heç bir universitet təhsili olmamışdır, lakin öz-özünə yaxşı təhsil alaraq gənc(14 yaşından) yaşlarından bizneslə, fond birjasında alış-veriş işləriylə məşğul olmuşdur. O, tez bir vaxtda varlı iri bir torpaq mülkiyyətçisi olmuşdur. Lakin buna baxmayaraq o, iri torpaq mülkiyyətçilərinin deyil,iri burjuaziyanın mənafeyini müdafiə etmişdir. Rikardo iqtisad elminin metodologiyasına da mühüm töhfələr vermişdir. Hər şeydən əvvəl o, iqtisad elminin texnikasını icad etmiş, ilk dəfə olaraq "model" məhfumunu və müqayisəli təhlil metodunu iqtisadiyyata tətbiq etmişdir.

Əsərləri İngiltərədə klassik iqtisad elmi özünün yüksək ifadısini Rikardonun əsərində tapmasına və iqtisad elminin tarixində ona daha çox istinad edilməsinə baxmayaraq çox cəhətdən mübahisə edilən iqtisadçılardan biridir. Onun yalnız "Siyasi iqtisadın və vergiqoymanın əsasları" (1817) adlı əsəri olmuşdur.

İstinadlar

Kateqoriya:Londonda doğulanlar Kateqoriya:XIX əsr filosofları Kateqoriya:İngiltərə iqtisadçıları Kateqoriya:Yəhudi alimlər Kateqoriya:XIX əsr iqtisadçıları Kateqoriya:XIX əsr İngiltərə yazıçıları Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:İctimai sahədəki yazıçılar