thumb|Tenqriçiliyin simvolu (Şanıraq)
Tenqriçilik, Göy Tanrı dini və ya Tanrıçılıq — Mərkəzi Asiyada yaranmış, şamanizm və animizmlə xarakterizə olunan dini inanc. Tanrıya ibadət etməklə yanaşı Animizm, Şamanizm və Totemizm bu inancın əsas xəttini təşkil edir. Tenqri sözü Tanrı sözünün qədim türk dilindəki deyiliş şəklidir. Orxon abidələrində ilk oxunan sözdür və yazılışı "10px|link=10px|link=10px|link=10px|link=" şəklindədir.
Bu inanca görə Göyün ulu ruhu Tanrıdır. İnsanlar özlərini Göy ata Tanrı, torpaq ana Ötüken və insanları qoruyan atalarının ruhları arasında güvəndə hiss edib, onlara və digər təbiət ruhlarına dua edərdilər. Böyük dağların, ağacların və bəzi göllərin güclü ruhları özündə saxladığına inanılaraq dualar bəzən bu cismlərə edilsə də, onlar tanrı olaraq qəbul edilmirdi. Sadəcə onun yerdəki varlığının göstəricisi idi. Göyün və yeraltının yeddi qatı olduğuna və hər qatda çeşidli ruhların mövcud olduğuna inanılırdı. İnsanlar təbiətə, ruhlara və digər insanlara hörmət bəsləyib müəyyən qanunlara riayət edərək dünyalarını tarazlıqda saxlamaları ilə fərdi güclərinin özünün zirvəsinə çatıb xaricə əks olunduğuna inanırdılar. Əgər bu tarazlıq pis ruhların hücumu və ya bir fəlakət səbəbindən pozulardısa bir şamanın köməyi ya da Tanrıya verilən qurban ilə yenidən nizamlanırdı.Dr. Peter Laut: Vielfalt türkischer Religionen: Tänriismus, Universität Freiburg (Almanca: Türklerde dinlerin çeşitliliği/ Freiburg Üniversitesi'nden Dr. Peter Laut)
Bu inancın qalıqlarına monqollardaLamaizmlə qarışmış şəkildə. və hələ də təbiətə bağlı, köçəri həyat tərzi yaşayan bəzi türk xalqlarındaAltaylılar, Yakutlar və s.. rast gəlmək mümkündür. Tenqriçilikdən başqa dinlərə keçmiş olan xalqlarda bu inanc İslam, Xristianlıq, İudaizm və Daosizmlə birlikdə ümumi mədəniyyətin tərkib hissəsi kimi varlığını hələ də davam etdirməkdə, xalq inancında qorunub saxlanmaqdadır. Dilək tutub ağaca parça bağlamaq, yola çıxanın arxasından su atmaq kimi adətlər, "utandığımdan yerin yeddi qat dibinə girdim" kimi ifadələr buna misal olaraq göstərilə bilər. Ölən birinin xatirəsinə keçirilən yas mərasimləri (üçü, yeddisi, qırxı, əlli ikisi, ili) Şamanizm dövründən Tenqriçiliyə, oradan da çağdaş həyatımıza qədər davam edən bir adətdir. Doğuşdan sonra isə tibbi əhəmiyyəti olan qırx gün adəti vardır. Ümumi yanaşdıqda yeni dinlərinin hansı olmasından asılı olmayaraq bütün türk və monqol xalqlarında Tenqriçiliyin izlərinə rast gəlmək mümkündür.
Tarixi Qədim türklərin və monqolların Tenqriçilik olaraq tanınan inancının adı bir müddət öncəyə qədər Türk şamanizmi deyə anılırdı. Hal hazırda Şamanizm termini təkcə Sibirdəki inanc sistemini yox, bütün dünyadakı ilkin inanc sistemlərini ifadə etdiyindən 1990-cı illərdən bu yana türklərin və monqolların ənənəvi inancı qərb alimləri tərəfindən Tenqrizim (Tanrıçılıq) şəklində qəbul olunaraq, bu ad getdikcə geniş yayılmaqdadır.
Culiya Stiuard Monqol Şamanizmi adlı məqaləsində bunları qeyd edir:
Tanrı kultunun ən qədim tapıntılarına 3000 illik Çin mənbələrində Hiung-nu və Tue'kuelər haqqında yazılmış yazılarda rast gəlmək mümkündür.Götter und Mythen in Zentralasien und Nordeurasien Käthe Uray-Kőhalmi, Jean-Paul Roux, Pertev N. Boratav, Edith Vertes: ISBN 3-12-909870-4 İçinden: Jean-Paul Roux: Die alttürkische Mythologie (Eski Türk mitolojisi)
Hun hökmdarlarının soylarının Tanrı tərəfindən müqəddəsləşdirildiyinə inanılırdı. Dastanlarda Tanrının yolladığı bir dişi ya da erkək qurdun tanrısal qanının cütləşmə yolu ilə hökmdarların soyuna qarışmış olduğuna olan inanc çeşidli yollarla bildirilir. Bu əfsanələrdən ən qədimi və geniş yayılanı müqəddəs dişi qurd Aşina haqqındakı əfsanələrin fərqli formalarıdır. Bir çox qədim türk toplumunda, Göytürklərdə və Orta əsrlərə qədər mövcud olmuş Türk dövlətlərində öz soylarının müqəddəs Aşina soyuna qədər gedib çıxdığını vurğulayan və bu səbəbdən xalqı tərəfindən yaşayan bir yarı Tanrı olaraq qəbul olunan Türk hökmdarlarına rast gəlmək mümkündür. Bu hökmdarlar Tanrını yer üzündə təmsil edən övladları olaraq qəbul olunurdu. Tanrının bu hökmdarlara vermiş olduğuna inanılan qüdrətli hökmdar ruhları səbəbindən adlarına Tanrıqut və ya Qutluq kimi əlavələr edilmişdir.
Göytürklər thumbnail|Orta Asiyada tapılan qədim türk yazılı abidələrindən biri. Göytürklər türk toplumları arasında inancları, mədəniyyətləri və siyasətləri haqqında dəyərli bilgilərin mövcud olduğu genişmiqyaslı yazılı abidələr yaradan ilk türk xalqıdır. Orxon abidələrində Bilgə xaqan qədim türk inancını aşağıdakı cümlə ilə ifadə etmişdir:
Orxon abidələrində Göytürk hökmdarlarının titulları ilə Tanrının bağlılığına diqqət çəkilir:
Göytürk xaqanlığında Tenqriçilik monoteist bir din kimi mövcud olmuşdur və başqa inancları da özündə əks etdirən bu mədəniyyətdə ən önəmli rolu oynamış, hətta bu dövrdə ən parlaq dövrlərindən birini yaşamışdır. Göytürk hökmdarları xalqı tərəfindən Tanrının seçdiyi elçi olaraq qəbul olunurdu. Dörd elə bölünmüş dövlətin bu ellərinin idarəsini həyata keçirən el xanlar da xalq tərəfindən müqəddəsləşdirilirdi. Ölən bir xan və ya xaqanın öz müqəddəs varlığını davam etdirdiyinə inanılmış və xalqına dəstək olmasına davam etməsi üçün hər il ölüm günündə onun şərəfinə qurban kəsilmişdir.Türk Mitolojisi, Murat Uraz, ISBN 9759792359
Bundan başqa Göytürklərdə Şərqi Hunlardan miras qalmış Çin təsirlərinə də rast gəlmək mümkündür. Şərqi Hun İmperiyası dağıldıqdan sonra son hökmdarların bir-birinə düşmən olmasına şərait yaradılmış, cənubda qalan hunlar Han çinlilərinin mədəniyyətindən təsirlənmişdilər. Ehtimal olunur ki, bu dövrdə və daha sonralar Tabğaclar və Kitaylar kimi bir sıra türk toplumları çinlilərin arasında assimilyasiya olmuşdur. Bilgə xaqan atalarının etdiyi bu səhvlərdən yazılı abidələrdə bəhs etmiş, xalqını çinlilərdən gələ biləcək təhlükələrə qarşı xəbərdar etmişdir. Buna baxmayaraq 12 heyvanlı Çin təqvimi və göyün istiqamətlərini heyvan adları ilə adlandırmaq kimi təsirlər qalmışdır. Göytürk xaqanlığının bölündüyü dörd el göyün heyvan adları ilə adlandırılması səbəbindən Qartal eli, Donuz eli, Pələng eli və İt eli olaraq adlandırılmışdır.
Yazılı abidələrdə olan bir cümlənin Tenqriçilik inancında Qiyamət gününə işarə etdiyi qəbul olunmuşdur:
Beləliklə Göytürklərdə dünyanın sonu kimi göyün çökməsinin, yerin dəlinməsinin baş verəcəyinə inancın olduğunu demək mümkündür.
Abidələrdən birində Buddizmin türklərin arasında yayılmaması üçün xəbərdaredici bir mətn mövcuddur. Mətndə Böyük xaqanın qardaşı Buddizmin türkləri tənbəl, vecsiz, passiv etdiyi və bunun qarşısının alınmalı olduğunu bildirmişdir.
Tenqriçiliyin digər inanclara qarşı anlayışlı və tolerant olduğunun sübutlarını tapmaq mümkündür. Buna misal olaraq Qara dənizin şimalında aparılan qazıntılarda Tanrıçı olduqları məlum olan bulqarların arasında İudaizm, Xristianlıq və Buddizmə də inananların olduğuna dair dəlillər tapılmışdır."Bulgaria Illustrated History" Bojidar Dimitrov.
Monqollar Monqollar və bir sıra türk boylarının öndəri olan Çingiz xanın da digər inanclara qarşı düşmən münasibəti yoxdu. Müharibə olmayan vaxtlarda, hətta bəzən müharibədən sonra Buddist monastırlarında dincəlir, meditasiya və oruc tutmaqla ruhunu təmizləyirdi. Tanrıçı toplumları birləşdirib tarixin bitişik torpaqlarda yerləşən ən böyük dövlətini qurmuş Çingiz xan çıxışlarına "Sonsuz Göy Tanrının diləyi ilə …" sözlərindən istifadə edərək başlayırdı. Çingiz xanın dövründə Tenqriçilik Hunlar və Göytürklərdən sonra təkrar və son dəfə böyük bir məşhurluq qazanmışdır.
Xubilay xan Çini fəth etdikdən sonra oradakı geniş yayılmış dinlərlə də maraqlanmağa başlamışdır. Buna misal olaraq Tenqriçiliklə tanışlığı olan çinlilərə aid "tək bir göy" fəlsəfəsi Tien Mini təqlid etmişdir. Xüsusilə buddist olan uyğur rahiblərinin bilgilərinə və tədris üsullarına heyran qalmış və onlardan bir heyəti Buddanın fəlsəfəsini monqolların arasında da yaymaq və yeni bir Buddist məbədi inşa etmək vəzifəsi ilə Qaraqoruma göndərmişdir. Bu rahiblər təkcə bu günə qədər Monqolustanda mövcud olan Lamaizmi yox, həm də uyğurların öz dillərinə uyğunlaşdırdıqları əlifbanı da özləri ilə aparmışdılar.
Buddizmə baxmayaraq Tenqriçilik Monqolustandakı gücünü davam etdirmiş, Buddizm Tenqriçiliklə qarışmışdır. Bugünkü monqolların Buddizm inancı kiçik bir Budda heykəlini, boylarının onqonu və ulu ataları Çingiz xanın rəsmi ilə birlikdə çadırın müqəddəs şimal küncündə yerləşdirməkdən ibarətdir.
Arqun xanın Fransa kralına məktubunda Tenqriçilik (1289) thumbnail|Arqun xanın Fransa kralına məktubu. Arqun xan Tanrının imperiyanın legitimliyi və hərbi uğurlarla bağlılığını dilə gətirdi. Hakimiyyət (Suu) Tanrı tərəfindən seçilmiş insana verilmiş ilahi lütf və sərəncamdır ki, Tanrı bu şəxsin vasitəsilə dünyada qayda-qanuna nəzarət edir, başqa sözlə, bu Böyük xanın şəxsində Tanrının təcəssümüdür. Qeyd olunmalıdır ki, müqəddəs ad olan "Tenqri" və ya "Mönke Tenqri" (Əbədi Göy) həmişə cümlənin əvvəlində işlənir, hətta öncəki cümlə natamam görünsə belə, cümlədəki müqəddəs ad yeni cümlənin əvvəlinə keçirilir. Genişlədilmiş bölmənin ortasında müqəddəs "Tenqriyin Küçin" digər cümlələrdən aralı qalmaqla "Xaqanu Suu" (Əlahəzrət xan) ifadəsindən öncə müqəddəs pauza yaradır:
Arqun xanın Roma papası IV Nikolasa məktubunda Tenqriçilik (1290) thumbnail|250px|Arqun xanın papa IV Nikolasa məktubu. Arqun xan Tenqriçiliyin qeyri-doqmatik tərəfini göstərib (Qeyd olunmalıdır ki, monqol tanrıçı yazı qaydasına görə müqəddəs ad olan "Mönke Tenqri" həmişə cümlənin başında olur):
Avropada Tenqriçilik thumbnail|left|Bulqarlara aid üzərində runik hərflərlə mətnin yazıldığı bəzəkli məzar daşı. Tenqriçilik hunlar, avarlar, bulqarlar, kumanlar və qədim dövrün digər federativ türk və monqol toplumları, daha sonra isə Qızıl Orda tərəfindən Avropaya yayılmışdır. Tenqriçilik V–IX əsrlər arasında Avropada (paqanizm və xristyanlıqla yanaşı) üç ən yayğın dinlərdən biri idi.
Bu inanc köçəri həyatına o qədər bağlıdır ki, Tanrıçı toplumların köçəri həyatdan oturaq həyata keçmələri dinlərini də itirmələrinə və digər dinlərə keçmələrinə səbəb olmuşdur. Köçəriliyi tərgitməyən boylar dinlərini də qorumuşdur. Şərqi və Orta Avropada Orta Əsrlərin sonlarına qədər Tanrıya dua edən bəzi kiçik köçəri toplumlara rast gəlmək mümkün olmuşdur.
Tudomany sözü qədim macar dilində sehr ya da əsrarəngiz bilgi mənasında işlənirdi.Hal hazırda elm mənasında işlənir. Taltos adlanan macar şamanları günlərlə davam edə bilən huşunu itirmədən sonra tudomanyni əldə etmiş olurdu. Taltos sözü qədim türk dilində tal və ya talt sözündən gəlir və huşunu itirmək mənasında işlənir. Şaman olma mərhələsi şaman olacaq şəxsin huşunu itirmiş şəkildə Göyə qədər uzanan ağaca () çıxması ilə gerçəkləşirdi. Bu Dünyalar ağacı xalqın inancının bir parçasıdır.Wörterbuch der Mythologie, Band 2, Stuttgart 1973, Hsg. Norbert Reiter, S.249, M. de Ferdinandy adlı yazıçının, Die Mythologie der Ungarn Macarların mifologiyası adlı məqaləsi thumbnail|250px|Hunların İtaliyaya daxil olmasını göstərən rəsm əsəri.(müəllif: Ulpiano Çeca) Bulqarlar Göy tanrısı Tenqriyə Tanqra deyirdi. Tenqriçilik üçün tipik xüsusiyyət olan dağların müqəddəsliyinə inanma inancı ilə bağlı olaraq Balkan yarımadasının ən yüksək zirvəsinə Tanqra deyirdilər. Bu dağın adı Osmanlılar tərəfindən XV əsrdə Muşallah çevrilənə qədər dəyişmədən qalmışdı. Hal hazırda bolqarlar dağ üçün Maşallah sözündən törəmiş olan Musala adını istifadə edirlər.
Bulqarlarla bağlı indiyə qədər tapılmış runik əlifba ilə yazılmış təqribən 80 abidədə Tanqra sözü işlənmişdir. Bulqarlardan əvvəl trakiyalılar və yunanlar tərəfindən də müqəddəs hesab olunan və ətəklərində yunan məbədləri yerləşən Perperikon dağının ən yüksək zirvəsindəki daşa Umayın rəsmi həkk olunmuşdur.University of Saskatchewan, Andrei Vinogradov, Din bilimi ve Antropoloji bölümü, Kasım 2003 Sayfa 78
Bulqarların Tenqriçiliyi I Borisin 864-cü ildə Xristianlığı qəbul etməsi ilə başa çatmışdır.