() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Çindir.

Botaniki xarakteristikası Hündürlüyü 3 m, çətirinin diametri 1,8 m olan iri koldur. Zoğları boz-qonur rənglidir, uzunluğu 2 sm-ə çatan iynələrlə əhatə olunmuşdur. Yarpaqları neştərvari və ya xətvari-neştərvaridir, yazda tünd alqırmızı və ya qonur rəngli, yayda tünd yaşıl rəngli olub, parlaqdır. Alt tərəfi açıq və az tüklüdür, uzunluğu və eni isə 1-3,5 sm-ə qədərdir. Yarpaqlarının kənarları dişlidir. Mayın axırından iyunun ortalarına qədər hər il çiçəkləyir. Çiçəklərinin diametri 3-4 sm-ə qədərdir, 2-3 ədədi çiçək qrupuna yığılmışdır, çəhrayı rənglidir. Meyvələri iridir, diametri 5 sm-ə qədər olub, yumurtaşəkilli formalıdır, sentyabrın ortasında yetişir. 4-5-ci ildə çiçəkləyir və meyvə verir. Toxumla və qələmlə çoxaldılır. Toxumların cücərməsi 29%-dir.

Ekologiyası İşıqsevən bitkidir. Qışa davamlılığı aşağıdır. Soyuq qışda cavan budaqları donur və yazda çiçəkləmə müşahidə edilmir.

Azərbaycanda yayılması Abşeronun park və bağlarında geniş şəkildə istifadə olunur.

İstifadəsi Mülayim iqlimli zonalarda bəzi şəhərlərin yaşıllaşdırılmasında istifadə edilir. Meyvələri turş olub, ətlidir. Mürəbbə, kampot, kisel, jele və s. hazırlanmasında istifadə olunur. Oduncağı qonur və ya çəhrayımtıl-qonur rəngli olub, üst oduncaq qatında illik halqaları aydın görünür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1900-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Myanma florası