Qacar Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur. Lakin Son illərdə salınan müasir meyvə bağları (High density orchard) ənənəvi bağların yerini alır.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Quba rayonunun kəndləri