Çəpgən – , kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – vasitəsilə paylara – , paycıqlara – və qırışıqlara – bölünür. Şırım və qırışıqların forması, ölçüsü və vəziyyəti çox tərəddüd edir; adətən kiçik şırımların və böyük şırım şaxələrinin vəziyyəti az sabit olur. Beyin şırımları, onların meydana çıxması vaxtına görə, üç dərəcəyə bölünür; birinci, ikinci və üçüncü dərəcəli şırımlar. Payları Hər yarımkürə şırımlar vasitəsilə beş paya bölünür: Alın payı – Təpə payı – Ənsə payı – Gicgah payı – Reyl adacığı – Şırımları Yarımkürə paylarını bir-birindən ayıran payarası şırımlar aşağıdakılardır. Bayır şırım – ön dəliklənmiş maddə nahiyəsində deyilən çuxurdan başlayaraq çəpkənin bayır səthi ilə yuxarı və arxaya doğru gedir, üç şaxəyə bölünür: a) ön şaxə – üfüqi istiqamətdə önə doğru gedir; b) qalxan şaxə – şaquli istiqamətdə düz yuxarı qalxır; c) dal şaxə – bayır şırımın dal hissəsini təşkil edir. Bu şırım çəpgənin şöbəsini iki hissəyə bölərək alın payını gicgah payından ayırır. Mərkəzi (Roland) şırım – yuxarı-bayır səthin təxminən ortasında frontal istiqamətdə yerləşərək içəridən bayır tərəfə və bir qədər önə doğru gedir; bunun içəri ucu yarımkürənin bir az içəri səthinə keçir; bayır ucu isə bayır şırıma çatır. Mərkəzi (Roland) şırım vasitəsilə alın payı təpə payından ayrılır. Təpə-ənsə şırımı – yarımkürənin içəri səthinin dal nahiyəsində yerləşərək, içəri tərəfdən təpə payını ənsə payından ayırır. Bu şırımın ardı 1-2 sm məsafədə yuxarı-bayır səthə də keçir. Köndələn ənsə şırımı – təpə-ənsə şırımı səviyyəsində köndələn istiqamətdə yarımkürənin yuxarı- bayır səthində yerləşərək təpə payını ənsə payıhdan ayırır.

İstinadlar

Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie

Kateqoriya:Anatomiya Kateqoriya:Sinir sistemi Kateqoriya:Beyin Kateqoriya:Neyroanatomiya