Qoşun mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Məlik Mahmud idi.
Əhalisi 1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu,Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı (Dilman), Hacman (Hacımanlı), Xatımanlı, Çarağan, Nüydü (Nüydi), Şərədil, Talis, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündü (Sündi), Mədrəsə, Kərkənc, Kələxana (Kələxanı), Meysəri (Meysarı), Keşdiməz (Keçdiməz), Saqiyan, Qonaqkənd 1065 ailə yaşayırdı.
XIX əsrin əvvəllərində Qarabağdan Şamaxı xanlığına 1500 ailə köçmüç və köçüb gələnlər Şamaxı xanlığının Qoçun mahalında 8 kənd salmışdılar.Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, f. 91, siy 1, iş 78. v. 5
İqtisadiyyatı Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular.
İstinadlar
Həmçinin bax Şirvan xanlığı
Xarici keçidlər
Kateqoriya:Şirvan xanlığının mahalları