() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Cənubi Sibirdə, Orta Asiya dağlarında, Tyan-Şanda, Altada bitir.

Botaniki təsviri Hündürlüyü 1,5-2,5 m-ə qədər olan koldur. Gövdəsinin qabığı bozumtul rəngdə olub, tədricən soyulur. Cavan zoğları hamar, sarımtıl-qonur rənglidir, zoğun ucunda yumurtavari, qarşı-qarşıya yerləşmiş tumurcuqları olur. Yarpaqları 6 sm uzunluqda və 3 sm enində olmaqla yumurtavarı və ya neştərvarı formalıdır, ucdan sivriləşmiş, bəzi hallarda iridir, yarpaq qoltuğunda cüt-cüt yerləşir, ləçəkləri ağ və ya tünd çəhrayı rənglidir. Meyvəsi 7 mm diametrində, qırmızı və ya sarımtıl rəngli, kürəvidir, avqust ayında yetişir, acıdır, yeyilmir, budaqlar üzərində cüt-cüt sərbəst və ya azacıq bitişik halda olur.

Ekologiyası Təbii halda meşə-çöl zonasında, çay vadilərində, qayalarda, meşə yaruslarında kölgəli ərazilərdə bitir.

Azərbaycanda yayılması Böyük Qafqazda, Kür-Araz ovalığında və Cənub böıgəsində rast gəlinir.

İstifadəsi Tək və qrup əkinlərində istifadə üçün yararlıdır.Ətirli çiçəyi, sıx, tünd-yaşıl çətiri bitkiyə çox dekorativ görkəm verir. Qabığında alkoloidlər, kumarin, saponin, flavonid, kömür, çiçəklərində isə şəkər, qlükoza, fruktoza vardır ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları