Şeyx Fəzlullah Nuri (1841–1909) — İran məşrutə hərəkatının əleyhidarı.

Həyatı Şeyx Fəzlullah Nuri, Molla Abbas Nuri Mazandarani oğlu 1841-ci ildə Mazandaranda La Şəkk kəndində anadan olub. 1909-cu ildə öldürülmüşdür. Ruhaniyyət tarixinin azad ruhlu mücahid alimləri sırasında ön yerlərdən birini tutan Şeyx Fəzlullah Nuri İran Məşrutə inqilabının tənqidçilərindən olmuş, bu inqilabın Britaniyanın siyasətlərinə xidmət etdiyinə inanmışdır. Şeyx Məşrutənin rəhbərliyi tərəfindən edama məhkum olunmuş və dar ağacından asılmaqla şəhadətə çatmışdır. Şeyx Fəzlullah Nurinin Məşrutə tərəfdarı olan Seyid Məhəmməd Təbatəbai, Abdullah Bəhbəhani, Nəcəf alimləri Axund Xorasani və Abdullah Lahici ilə müxalifətinin əsas səbəbi Məşrutə qanunlarında İslamın əsas götürülməməsi olmuşdur. Digər İslam alimləri Məşrutəni şah istibdadından qurtulmaq üçün vasitə saydığı halda Şeyx, Britaniyanın dəstəklədiyi bir hərəkatın müsəlmanlara heç bir fayda verməyəcəyini bəyan etmişdir. Şeyx Fəzlullahın edam hökmünü Məşrutənin nəzarəti altında Şeyx İbrahim Zəncani vermişdir. Şeyx Tehranda Topxana meydanında edam olunmuş, Qumda dəfn edilmişdir. Edam kürsüsündə Şeyxin əmmaməsi çıxarılan zaman xalqa müraciətlə demişdir: "Bu gün şeyxin əmmaməsini çıxaranlar unutmayın ki, sabah sizin xanımlarınızın hicabını açacaq!". Şeyxin edam hökmü məşrutə zabiti erməni Yeprem xanın rəhbərliyi altında həyata keçirilmişdirhttp://haqyolu.com/articles/view/1079/462

Mənbə

İstinadlar

Ədəbiyyat

Seyid Əhməd Kəsrəvi, Tārikh-e Mashruteh-ye Iran (تاریخ مشروطهٔ ایران) (History of the Iranian Constitutional Revolution), in Persian, 951 p. (Negāh Publications, Tehran, 2003), ISBN 964-351-138-3. Note: This book is also available in two volumes, published by Amir Kabir Publications in 1984. Amir Kabir's 1961 edition is in one volume, 934 pages. Ahmad Kasravi, History of the Iranian Constitutional Revolution: Tārikh-e Mashrute-ye Iran, Volume I, translated into English by Evan Siegel, 347 p. (Mazda Publications, Costa Mesa, California, 2006). ISBN 1-56859-197-7 Xarici keçidlər

Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İslam alimləri Kateqoriya:Nurilər Kateqoriya:Mazandaranlılar Kateqoriya:İran Məşrutə inqilabının əleyhdarları Kateqoriya:Qətl qurbanları Kateqoriya:İranlı şiə din xadimləri Kateqoriya:İran siyasətçiləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri