Sinir sistemi () — canlılar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin fəaliyyətini qıcıq vasitəsi ilə nizamlayan xüsusi elementlər formalaşmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir.
Ümumi məlumat thumb|204x204px|Rene Dekart: "Ayağın qıcıqlanması sinir vasitəsilə beyinə ötürülərək, orada şüur ilə münasibətindən ağrı hissi doğur". Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir. Məsələn, kimyəvi maddələrə qarşı reaksiyaya – xemotaksis, işığa qarşı reaksiyaya – fototaksis, suya qarşı reaksiyaya – hidrotaksis, havaya qarşı reaksiyaya – aerotaksis, elektrik qıcıqlarına qarşı reaksiyaya – qalvanotaksis deyilir.
Sinir sisteminin ilk elementlərinə bağırsaqboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda yüksək inkişaf dərəcəsinə çatmışdır.
Somatik və vegetativ sinir sistemi Sinir sistemi quruluş və vəzifə cəhətcə şərti olaraq iki əsas – heyvan və bitki hissələrinə müvafiq olaraq iki şöbəyə bölünür. somatik ( – bədən deməkdir) ya animal (heyvani) vegetativ ya bitki sinir sistemi.
Somatik sinir sistemi eninəzolaqlı skelet əzələlərini və bir qisim daxili üzvlərin (dil, damaq, udlaq və qida borusunun yuxarı hissəsi) əzələlərini innervasiya edir və duyğu üzvləri vasitəsilə insan orqanizmini xarici mühitlə rabitədə saxlayır.
Vegetativ sinir sistemi daxili üzvləri (həzm, tənəffüs, sidik-cinsiyyət aparatlarını), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bu sistem eyni zamanda sklet əzələlərini də təchiz edir, onların tonusunu nizama salır; bütün üzvlərin qidalanmasını təmin edir (trofik vəzifə daşıyır). Vegetativ sinir sistemi də iki hissəyə bölünür: simpatik hissə – () və parasimpatik hissə – (). Digər bir təsnifata əsasən sinir sistemi iki şöbəyə bölünür: mərkəzi sinir sistemi – () və ucqar və ya periferik sinir sistemi – ().
Mərkəzi sinir sisteminə beyin – () və onurğa beyni – (), ucqar sinir sisteminə isə beyindən çıxan 12 cüt kəllə (beyin sinirləri) – () və onurğa beynindən çıxan 31 cüt onurğa beyni sinirləri – () aiddir.
Ucqar sinir sisteminə qeyd olunan sinirlərdən başqa qanqlionlar (sinir düyünləri) və həm xarici mühitdən, həm də orqanizmin özündən (daxili mühitdən) qıcıqları qəbul edən, və bu qıcıqları işçi orqanlara (əzələlərə, vəzilərə) verən uc aparatlar – reseptorlar da daxildir.
Sinir sisteminin somatik və vegetativ sinir sistemlərinə bölünməsi, yuxarıda qeyd olunduğu kimi şərtidir, bu bölünmənin şərti olması bir tərəfdən vegetativ sinir sisteminin somatik üzvlərlə (yəni sklet əzələləri ilə) müəyyən nisbətdə olması ilə (onları innervasiya etməsi ilə), digər tərəfdən animal və vegetativ sinir sistemi elementlərinin eyni zamanda sinir sisteminin mərkəzi və ücqar şöbələrdə yerləşməsi ilə izah olunur.
Vəzifəsi Sinir sisteminin vəzifəsi orqanizmi təşkil edən sistemlərin fəaliyyətini nizama salmaq və bununla da orqanizmin vəhdətliliyini və tamlığını təmin edir. Sinir sisteminin əsas vəzifələrindən biri orqanizmlə xarici mühit arasında olan qarşılıqlı təsiri təmin edir. Sinir sistemi düyğu üzvlərində və daxili orqanlarda olan xüsusi hissəsi uc aparatlar (reseptorlar) vasitəsilə müxtəlif qıcıqları qəbul edərək, orqanizmin onlara qarşı bütün reaksiyalarını təmin edir və bununla da orqanizmlə onun yaşadığı mühit arasında vəhdət yaradır. Rus fizioloqu İ.M. Seçenov orqanizmin elmi tərifinə mühiti daxil edərək belə yazır:
Sinir sisteminin təkamülündə həlledici rolu mühit amilləri oynamışdır. Mühit və onun fiziki, kimyəvi, bioloji və başqa şərtləri dəyişdikdicə, orqanizm də daima bu dəyişikliklərə uyğunlaşır. Həmin uyğunlaşmanın nəticəsində orqanizmlə mühit qırılmaz bir vəhdət təşkil edir.
Orqanizmlə mühit arasındakı bu qarşılıqlı əlaqəni, qarşılıqlı təsir və vəhdəti təmin edən sinir tənzimidir. Bu tənzim sayəsində orqanların reaksiyaları çox sürətlə başa gəlir. Orqanizmdə sinir tənzimindən başqa çox yavaş cərəyan edən və nisbətən uyun vaxt tələb edən kimyəvi – humoral (hormonlar vasitəsilə) tənzim də vardır. Sinir tənziminin kimyəvi tənzimə nisbətən çox sürətlə davam etdiyini aşağıdakı misalda göstərmək olar: nəli əzələnin sinir qıcığı təsiri ilə yığılması üçün 0,01 sanuyə vaxt tələb olunduğu halda, humoral üsul ilə (hormonlar təsiri ilə) həmin əzələnin yığılması üçün 30 saniyə vaxt lazımdır. Lakin kimyəvi tənzimin özü də sinir sistemi vasitəsilə icra olunur. (K.İ. Bıkov və İ.P. Razenkov). Sinir sisteminin əsas vəzifəsi aşağıdakılardan ibarətdir: müxtəlif qıcıqları reseptorlar vasitəsilə qəbul edib sinir lifləri ilə mərkəzə doğru nəql etmə – reseptor vəzifəsi (İ.P.Pavlova görə bu hadisə ilə tədqiqat başlanır); sinir mərkəzi qəbul etdiyi qıcığı, ya sinir mərkəzində meydana çıxan oyanmanı müəyyən xarici reaksiyaya çevirmə – qapayıcı vəzifə (İ.P.Pavlova görə bunun nəticəsində sintez əmələ gəlir); cavab reaksiyalarını törətmə (hərəki ya sekretor reaksiyaları) törətmə – effektor vəzifə. Sinir sisteminin yuxarıda təsvir olunan fəaliyyətini ifa edən cihazın quruluşunu İ.P.Pavlov bu cür təsvir edir:
Sinir sisteminin ən ali şöbəsini beyin (böyük beyin) yarımkürələrinin qabığı təşkil edir. Böyük beyin qabığı ali sinir fəaliyyəti vəzifəsini daşıyır və onun maddi əsasını təşkil edir. Beyin və onun qabığı bütün üzvlərin fəaliyyətini tənzim edir və öz növbəsində orqanizmi təşkil edən orqan və toxumalar tərəfindən təsirə məruz qalır. İ.P.Pavlov öz şərti reflekslər təlimi ilə obyektiv aləmin insan şüurunda əks olunması kimi son dərəcə mürəkkəb hadisələrin maddi-fizioloji mexanizmlərini elmi surətdə dərindən göstərdi və izah etdi. İ.P. Pavlova görə sinir sisteminin təkamül inkişafı ali heyvanlarda və insanda şərtsiz və şərti əmələgəlməsi ilə əlaqədardır.
Heyvanat aləminin sinir sisteminin quruluş formaları thumb|200px|left|Heyvanat aləminin sinir sisteminin quruluş formaları Heyvanat aləmində sinir sisteminin ilk əlamətləri bağırsaqboşluqlarda meydana çıxır. Bu heyvanlardan başlayaraq sinir sisteminin təkamülü inkişafında dörd quruluş formasına təsadüf edilir: səpgin ya diffuz, sapabənzər, düyünlü və borulu sinir sistemi.
Səpgin ya diffuz və ya torabənzər sinir sistemi Səpgin ya diffuz və ya torabənzər sinir sistemi hidropoliplərdə təsadüf olunur. Bunların sinir sistemi xüsusi sinir-əzələ, ya epitel-əzələ hüceyrələrindən, ilk hissi hüceyrələrdən və sinir hüceyrələrindən ibarətdir. Bu hüceyrələr ektodermadan inkişaf edib bir-birilə çıxıntılar vasitəsilə rabitədə olur və beləliklə heyvanın vücudunda tor təşkil edir; bunlardan bir qismi örtük epitelinin arasında və digər qismi isə onun altında yerləşir. Səpgin sinir sisteminin verdiyi reaksiyalar son dərəcə ümumi xassə daşıyır. ƏgƏr qıcıq heyvanın bir yerinə düşərsə, oyanma bütün sistem boyu yayılır və nəticədə əzələ hüceyrələrinin hamısı yığılır.
Sapabənzər sinir sistemi Sapabənzər sinir sistemi meduzalarda təsadüf olunur. Sinir hüceyrələri başlıca olaraq çətirin kənarında toplaşıb, sinir lifləri ilə birlikdə bir kəmər əmələ gətirir. Kəmərdə olan sinir hüceyrələri bir tərəfdən qıcığı qəbul edən reseptor törəmələrlə və digər tərəfdən əzələ hüceyrələri ilə əlaqədar olur.
Düyünlü sinir sistemi 200px|thumb|right|Yağış qurdunun – soxulcanın sinir sisteminin quruluşu: baş düyün, sinirlər, qarın düyünləri zənciri Düyünlü sinir sistemi yumşaqbədənlilərdə, qurdlarda və buğumayaqlılarda inkişaf edir. Bu sinir sistemi üç əsas xassəyə malikdir: sinir hüceyrələri bədənin müəyyən yerində toplaşaraq mərkəzləşir, yəni mərkəzi sinir sistemi əmələ gəlir; sinir hüceyrələri başlıca olaraq heyvanın baş nahiyyəsində toplaşır (kefalizasiya ya ensefalizasiya); sinir sisteminin aşağı hissələri yuxarı hissələrə tabe olur (subordinasiya – tabelik). Sinir sistemi bu növ heyvanlarda bir çox düyünlərdən təşkil olunur; bu düyünlər bir-birilə sinir lifləri vasitəsilə birləşərək, adətən, bir zəncir əmələ gətirir.
Borulu sinir sistemi Borulu sinir sistemi onurğalı heyvanlarda təsadüf olunur. Bu heyvanlarda sinir sistemi iki hissəyə bölünür: mərkəzi və periferik sinir sistemi. Sinir sisteminin mayası boru şəklində olur və beyin borusu adlanır. Bu borunun baş hissəsi kəllədə (kranial) yerləşərək genişlənir və beynin mayasını təşkil edir. beyin borusunun quyruq (kaudal) hissəsi onurğa kanalında qalır; bu hissədən onuğa beyni inkişaf edir. Onurğalı heyvanların sinir sisteminin təkamülündə əsas xüsusiyyət ondan ibarətdir ki, onların mərkəzi sinir sistemində orqanizmin həyatında mühüm rol oynayan xüsusi törəmələr (boz maddə, beyin qabığı) inkişaf edir. Eyni zamanda beyin qurluş və vəzifəcə çox inkişaf edir. burada üzvlərin vəzifələrini nizama salan, uyğunlaşdıran, birləşdirən və onlara başçılıq edən ali mərkəzlər meydana çıxır. Ucqar sinir sistemində isə sinirlər, düyünlər və kələflər diferensiasiya edir.
Beləliklə heyvanat aləmində sinir sistemi tədricən mürəkkəbləşir. səpgin və sapabənzər sinir sisteminə malik heyvanlarda xarici mühit qıcıqlarına qarşı verilən cavablar ümumi xarakter daşıyır. Düyünlü və borulu sinir sistemində isə qıcıqlara qarşı verilən cavablar ümumiliyini itirir, ilk dəfə olaraq şərtsiz reflekslərə çevrilir. Mərkəzi sinir sisteminin ön hissəsinin (uc beyinin) inkişafı ilə əlaqədar olaraq, orqanizmin xarici mühitin qıcıqlarına qarşı verdiyi cavabları da dəyişir və yeni, daha mükəmməl şəkil alır. Yeni refleks növü – şərti rehlekslər meydana çıxır. Şərti reflekslərin əmələ gəlməsi uc beyin və xüsusən də onun ali şöbəsi olan böyük beyin yarımkürələrinin qabığı ilə əlaqədardır. İnsanda, ictimai mühit və əməklə əlaqədar olaraq, şərti reflekslər ali inkişaf dərəcəsinə çatmış, onda ikinci qabıq siqnal sistemi (nitq) meydana çıxmışdır; bu xüsusiyyət də insanı heyvandan fərqləndirir.
Quruluş elementləri Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Sinir toxuması yüksək dərəcədə diferensiasiya etmiş toxumadır. Bunun əsas xüsusiyyəti onun oyanma (qıcığı qəbul etmə) və naqillik (keçiricilik) qabiliyyətinin olmasıdır. Sinir toxuması sinir hüceyrələrindən, onların çıxıntılarından və qliya adlanan stromadan təşkil olunmuşdur. Sinir hüceyrəsi öz çıxıntıları və onların uc (hərəki və hissi) aparatları ilə birlikdə neyron adlanır. İnsan beynində neyronların sayı 15 milyarda çatır.
Neyron 250px|thumb|left|Sinir hüceyrəsi neyronun qurluşu: 1.Dendrit, 2.Akson, 3.Ranvier buğumcuğu, 4.telodendrit şaxələri, 5.Şvann qişası, 6.Hüceyrə cismi, 7.nüvə 250px|thumb|Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir.