Sabit Qasım oğlu Abbasəliyev () — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi.
Həyatı Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir.
1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.
1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir.
1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
İş həyatı 1958–1960-cı illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu komsomol komitəsinin katibi 1960–1962-ci illərdə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi 1962–1964-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin əməkdaşı 1964–1965-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi 1965–1971-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinin müdir müavini 1971–1974-cü illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri 1979–1982-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini 1979–1982-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri Azərbaycan SSR Ali Sovetinin deputatı
İstinadlar
Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisləri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri