() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Yayılma arealı böyükdür. Çukotka, Maqadan, Kamçatka, Xabarovsk, Saxalin və Amur vilayətlərində, Amur çayı və Oxot dənizinin sahillərində dağ yamaclarında və alçaq yerlərdə bitir.

Botaniki xarakteristikası Enli, şaxələnmiş budaqları görünüşünə görə kasaşəkillidir, torpağın üzərində sürünən və ya ağacvarı çətir əmələ gətirən kiçik ağacdır. Ağacın hündürlüyü 4–5 m (bəzən 7 m), gövdəsinin qalınlığı kökün boğazında 15-18 sm olur. Bu növ, çətirin müxtəlifliyinə görə kol, kolvarı ağac və ya yarımkol-yarımağac formasında olur. Budaqların qabığı hamar, boz, gövdələrdə tünd-qonur, boz xallıdır. Sürünən formaların budaqları tropağa yapışır, ucları 30-50 sm yuxarıya qalxır. Cavan zoğları yaşıl, narıncı tükcüklərlə sız örtülmüşdür, sonradan açıq-qonur rəng alır. İynəyarpaqları üçtərəfli, göyümtül-yaşıl rənglidir, uzunluğu 4-dən 8 sm-ə qədər olub, 5 ədəd olmaqla dəstələrə yığılmışdır. Qozaları çiçəkləmədən sonra ikinci ildə yetişir, xırda olub, uzunluğu 4-7 sm-ə qədər, eni təxminən 3 sm-dir, yumurtavarı və ya uzunsovdur, apofizləri kənara əyilmiş göbəklidir. Qozanın bütün kütləsində nüvənin miqdarı 43 %, qabığın miqdarı 57 %-i təşkil edir. 1000 toxumun orta kütləsi 98 qr, 1 kq-da 24000-ə qədər toxum yerləşir. Oduncağı qatranlı, möhkəm ağır qatlıdır və çətinliklə doğranır. Yerli əhali onlardan "qoza südü" düzəldir. Gövdəsi, budaqları və kökləri və skipidar və qatran almaq üçün yararlıdır; dağ yamaclarının bərkidilməsi, torpaq sürüşməsinin, qar və sel axınlarınını qarşısının alınması, dağ yollarının ətrafında əkinlərin mühafizəsi və s. üçün yaxşı miliorativ bitkidir. Külək və su eroziyasının inkişafını saxlayır. Damların daşlıq yamaclarında torpağın əmələ gəlməsinə səbəb olur. Çox dekorativdir.

Azərbaycanda yayılması Bakı şəhərində park və bağlarda, bəzi yaşayış yerlərinin yaşıllaşdırılmasında istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Çərəzlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası