() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir.
Botaniki xarakteristikası Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək təkdir. Cavan qozaları uzunsov-konusşəkilli və ya yumurtavarı, kürəvi formalıdır, yetişmiş qozaları isə sallaqdır. Bu qozalar qonurumtul qəhvəyi və ya qırmızı-qonur rəngdə olub, uzunluğu 7-10 sm, eni 3-5 sm-dir. Yetişmiş qozaların qalxancıqları iridir, ön hissəsi enli-dəyirmi, yastı və ya azca qabarıqdır, ortasında ellipsşəkilli və azca irəli çıxmış iri, boz göbəyi var, köndələn tili sivridir, boylama tili az nəzərə çarpır.
Qozalar aprel-may aylarında əmələ gəlir, üçüncü ilin yayında yetişir. Toxumları açıq-boz rəngdə, 5–7 mm uzunluqda, 4–5 mm enində, yumurtavarı, qeyri-müntəzəm romb və ya üçbucaq şəkilli, bir qədər yastılaşmışdır. Qanadı pərdəyəoxşar, açıq qonur rəngli, 2-3 sm uzunluqda və 6–9 mm enindədir. Quraqlığa, istiyə, şaxtaya davamlı, işıqsevən və torpağa qarşı tələbkar olmayan ağacdır. Külək vasitəsilə tozlanır. Toxumla çoxalır.
Hələb şamı sıra, qrup və tək əkinlərdə istifadə edilir. Hələb şamının qabığında 15 % tannin maddəsi vardır.
Azərbaycanda yayılması Azərbaycanda mədəni şəraitdə Abşeron, Kürdəmir, Yevlax, Ucar, Sabirabad, Beyləqan, Şirvan, Biləsuvar, Lənkəran və s. yerlərdə rast gəlinir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika florası