Qapanlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd Azad Qaraqoyunlu bələdiyyəsinə aid edilib.

Tarix II Qarabağ müharibəsindən əvvəl Qarabağdakı Ermənistan Silahlı Qüvvələri Qapanlı kəndi istiqamətində atəşkəsi tez–tez pozurdu.

İqtisadiyyatı Birinci Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.

Həmçinin bax

Qaraağacı Yuxarı Qaradağlı

İstinadlar

Kateqoriya:Tərtər rayonunun kəndləri