Alp Təkin () — Qəznənin ilk türk hakimi.
Həyatı Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi.
Ailəsi Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi.
Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
İstinadlar
Kateqoriya:Samani sərkərdələri Kateqoriya:Qəznəvilər Kateqoriya:Kölələr Kateqoriya:Qulamlar