Təbliğat və ya propaqanda — bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə.Azərbaycan dilinin izahlı lüğəti. Bakı, Şərq-Qərb, 2006.

Etimologiya

Yeni latın dilindəki propaganda sözü yaymaq və ya becərmək mənasını daşıyan propagare sözündən gəlir. O, əksreformasiya çərçivəsində Katolik kilsəsi tərəfindən 1622-ci ildə yaradılmış Congregatio de Propaganda Fide (İnamı Təbliğ edən Camaat) inzibati qurumun adında işlənimişdi. 1790-cı illərdən bəri propaqanda sözü sekulyar kontekstində işlənməyə başlamışdı.

Ərəb dilində təbliğat sözü təbliğ () sözünün cəm formasıdır.

Azərbaycan dilində həm propaqanda, həm təbliğat məhfumları işlənilir. Siyasi elmə aid Azərbaycandilli mənbələrdə təbliğat sözü daha çox işlənilir. Cahandar Cabarovun fikrincə, propaqanda daha geniş bir anlayışdır və o, həm təbliğatı, həm də təlqini və təşviqatı əhatə edir.

İngilis dilindəki propaganda sözü adətən "xoşuma gəlməyən inandırıcı bəyanat" mənasında, yəni mənfi şəkildə istifadə olunur. Lakin, başqa dillərə bu söz daha neytral və ya hətta müsbət şəkildə tərcümə oluna bilər. Məsələn, Çin dilindəki 宣传 (xuānchuán) sözü adətən neytral və ya müsbət anlamı daşıyır.

Təsnifatı

Texnikalar

Təbliğatının müəyyənləşdirməsi həmişə bir problem idi.Daniel J Schwindt, The Case Against the Modern World: A Crash Course in Traditionalist Thought , 2016, pp. 202–204. 1930-cu illəldə (müharibələrarası dövr) Təbliğat Analizi İnstitutu propaqadanın texnikalarını təsnif etmişdi.

Ad Taxma () Parıltılı Ümumiləşdirmələr () Köçürmə () Təqdimat () Xalqın Adamı () Saman Adamı () Qoşun Arabasına Minmək ()s. 5

Ellülün təsnifatı

Jak Ellül 1962-ci ildə buraxdığı kitabında propaqandanı dörd cütə təsnif edir.

Birinci cüt siyasi propaqanda () və sosioloji propaqandadır (). Siyasi propaqanda məsələn, hökumət və partiya tərəfindən, cəmiyyətin davranışını dəyişmək məqsədi ilə işlənilir. O, taktiki və strateji ola bilər. Ellül siyasi propaqandanın nümunələri olaraq Stalin və Hitlerin propaqandalarını qeyd edir. Sosioloji propaqandanı dərk etmək isə daha çəntindir. Belə propaqanda kino və başqa media vasitələri ilə insanların vərdişlərinə, həyat tərzinə təsir edir. Ellülə görə, sosioloji propaqanda ən çox ABŞ və ÇXR-də inkişaf etmişdir.

İkinci cüt agitasiya propaqandası () və inteqrasiya propaqandasıdır (). Agitasiya propaqandasının məqsədi üsyan və ya müharibədir. İnteqrasiya propaqandası isə konformizm propaqandasıdır. Ellül iddia edir ki, bu növ XX əsrdən əvvəl mövcud deyildi. Onun məqsədi mövcud olan vəziyyətə alışdırmaqdır.

Üçüncü cüt vertikal propaqanda () və horizontal propaqandadır (). Vertikal propaqanda yuxarıdan aşağı, yəni kütləyə avtoritetini işlədən liderdən gəlir. Horizontal propaqanda isə bir qrupun içində baş verən müzakirə çərçivəsində yaradılır və həmin qrupda olan fərdlər vasitəsi ilə özləri arasında yayımlanır.

Son cütlük rasional propaqanda () və irrasional propaqandadır (). Ellül qeyd edir ki, propaqanda irrasional xarakteri daşıyır və bu geniş şəkildə tanınmış həqiqətdir. Rasional propaqanda ona görə faktları, statistikanı və logikanı işlədən propaqandadır. İrrasional propaqanda isə sırf emosionaldır.

Tarix

Propaqandanın ən erkən nümunəsi Kadeş döyüşünün Misirin tərəfindən təsviridir.

Kitab çapı texnologiyası propaqandanın yayılmasında böyük rol oynayırdı. Özəlliklə Müqəddəs Roma imperatoru I Maksimilian onu cəmiyyətdə öz obrazını yaratmaq və vətənpərvərliyi gücləndirmək üçün işlədirdi. Reformasiya zamanı da, çap dini propaqandanı Avropada və xüsusilə Almaniyada yayamağa kömək edirdi.Mark U. Edwards, Printing Propaganda and Martin Luther 15; Louise W. Holborn, "Printing and the Growth of a Protestant Movement in Germany from 1517 to 1524", Church History, 11, no. 2 (1942), 123.

Gec XIX - erkən XX əsrlərdə həm texnologiyanın (sualtı kabellər, simsiz radio, kino), həm də müasir reklam və ictimai əlaqələrin inkişafına görə propaqandanın effektivliyi artmışdı.Susan A. Brewer, "Propaganda", in The Oxford Companion to United States History, ed. Paul S. Boyer (Oxford/NY: Oxford University Press, 2001), 625.

Həmçinin bax Saxta xəbərlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təbliğat Kateqoriya:Psixoloji manipulyasiya Kateqoriya:Tənqidi düşünməyə qarşı maneələr Kateqoriya:Kütləvi informasiya vasitələri