Santiaqo Bernabeu stadionu"Santiaqo Bernabeu" stadionu təmir olunaraq yenilənəcək Santiaqo Bernabeu kubokunun finalı 26 sentyabrda olacaq (ispanca. Estadio Santiago Bernabéu) — İspaniyanın Madrid şəhərində 1947-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi Real Madrid komandasıdır.
Tikinti işləri 27 oktyabr 1944-cü ildə başlayır. 14 dekabr 1947-ci ildə mərasimlə açıldığında ilk ad olaraq Estadio Chamartín seçilmişdir. 4 yanvar 1955-ci ildə isə Real Madrid, stadionun adını bugünkü adı olan "Estadio Santiago Bernabéu" olaraq dəyişdirir. Stadion tutumu dəyişənlik göstərməkdədir. 1952-ci ildə 125.000 nəfərə çatmışdır. Stadionun yenilənmə işləri əsnasında tutumu azaldılmışdır. Bunun səbəbi UEFA standartlarındakı stadionların tamamilə oturacaqlı olmasıdır. Bugünkü tutumu 81.044 tamaşaçıdır. Stadion tikildiyindən bəri, Real Madrid matçlarının yanaşı, çox əhəmiyyətli beynəlxalq turnirlərə və final matçlarına da ev sahibliyi etmişdir. Metro ilə əlaqəsi olan stadion Madridin iş və ticarət bölgələrindən birində yerləşir.
Futbolçu və əfsanəvi Real Madrid prezidenti Santyaqo Bernabeunun (1895–1978) şərəfinə adlandırılan stadion dünyanın ən məşhur futbol məkanlarından biridir. Stadion UEFA tərəfindən ən yüksək fərqlənmə ilə "Elit Stadion" siyahısındadır. Dörd dəfə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib: 1957, 1969, 1980, 2010-cu illərdə.
1964 UEFA Avropa Kuboku və 1982 FİFA Dünya Kuboku üçün final oyunları da Bernabeuda keçirildi və bu, həm UEFA Avropa Çempionatının finalına, həm də FIFA Dünya Kubokunun finalına ev sahibliyi edən Avropada ilk stadion oldu.
Tutumu TarixBacarıqYenidən QurulmasıSpesifikasiyalar14 dekabr 1947-ci il75 145Stadionun açılışı27 645 oturacaq (7125 yer) və 47 500 ayaq üstə (2000 yer)19 iyun 1954-cü il125 000İlk genişlənmə. Üçüncü amfiteatrın tikintisi1982-ci ilin mayı98 7761982 Dünya Kuboku üçün kondisionerOturacaq tutumunun yarısı (üçdə ikisi örtülü)7 may 1994-cü il106 000FİFA-nın tədbirləri ilə əlaqədar tutum itkisini kompensasiya etmək üçün tribunaların genişləndirilməsi1997-ci ilin avqustu74 328UEFA qaydalarına uyğun olaraq tribunaların oturacaqlara uyğunlaşdırılmasıBir tamaşaçı — bir oturacaq2006-cı ilin avqustu80 354Dördüncü amfiteatrın genişləndirilməsi2011-ci ilin avqustu81 044Birinci amfiteatrın konsolunun uzadılması12 dekabr 2022-ci il84 000Yeni BernabeuKorpusun bağlanması 75 illik yubileyinə təsadüf edir
Önəmli Oyunlar 1957 UEFA Çempionlar Kuboku Finalı: Real Madrid — Fiorentina 2–0 1964 UEFA Avropa Kuboku Finalı: İspaniya — SSRİ 2–1 1969 UEFA Çempionlar Liqası Finalı: AC Milan — Ayaks 4–1 1980 UEFA Çempionlar Liqası Finalı: Nottingem Forest — Hamburger SV 1–0 1982 FIFA Dünya Kuboku Finalı: İtaliya — Qərbi Almaniya 3–1 2010 UEFA Çempionlar Liqası Finalı: İnter — Bayern Münhen 2–0
İstinadlar
Xarici keçidlər Stadionun rəsmi saytı Klubun rəsmi saytı
Kateqoriya:İspaniya stadionları Kateqoriya:İspaniya futbol stadionları Kateqoriya:1982 FİFA Dünya Kubokunun keçirildiyi stadionlar Kateqoriya:Real Madrid FK