Camal Paşa (əsl adı Əhməd Camal) () — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri.
Həyatı 1913 ildə İstanbulun hərbi qubernatoru, 1914-18 illərdə dəniz naziri olmuşdur. Ənvər paşa və Tələt paşa ilə birlikdə hakim triumviratın (üçlüyün) üzvü olmuşdur. 1914-17 illərdə Suriya və Fələstindəki türk ordularına komandanlıq etmişdir. 1918-22 illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olmuşdur. Daşnaksutyun partiyası uydurma "erməni soyqırımı"na görə, Tələt paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir olan Camal paşa geri qayıdarkən Tiflisdə Daşnaksutyun partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi.
Əsərləri Plevne Müdafaası (1898) Alte Denkmaeler aus Syrien,Palastina und West Arabien (1918) (Suriye, Filistin ve Batı Arabistan'daki Eski Anıtlar) Cemal Paşa Hatırası 1913-1922 (1923) Birinci Dünya Harbi'nde Suriye Hatıraları (2003) — Ali Fuad Erden
Mənbə Залесский К.А. Кто был кто в Первой мировой войне. — М.: АСТ, 2003. — 896 с. — 5000 экз. — ISBN 5-271-06895-1
Həmçinin bax Ənvər Paşa Tələt paşa Ömər Fəxrəddin Türkqan Nemezis əməliyyatı Erməni terrorizmi
Xarici keçidlər
Биография Джемаль-паши на сайте "Хронос"
İstinadlar
Kateqoriya:Masonlar Kateqoriya:Ərəb üsyanı Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Nemezis əməliyyatında qətlə yetirilənlər
Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri