() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır.
Botaniki təsviri Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir. Meyvəsi-oval, yeməli olmayan çəyirdəkdir; yetişməzdən əvvəl parlaq qırmızıdır və yetişdikdə qaralır. Yay qələmlərinin 30%-ə qədəri kök atır.
Ekologiyası Əlverişli şəraitdə 100 ilə qədər yaşayır. Qışadavamlılığı yüksəkdir. Torpağın nəmişliyinə çox tələbkardır. Kölgəyə, tüstüyə və qazadavamlılığı ortadadır. Günəş yanıqları ilə zədələnir. Torpağa tələbkar, kölgəyə, şaxtaya, quraqlığa davamlıdır.
Azərbaycanda yayılması Azərbaycanın yarımrütubətli Şəki-Zaqatala və Lənkəran-Astara bölgələrində mədəni şəraitdə becərilir. Böyük Qafqazda, Kiçik Qafqazda, Cənub bölgəsində, Naxçıvanda dağ meşələrində, əsasən kolluqlarda bitir.
İstifadəsi Sentyabr-oktyabr aylarında yetişmiş yaşıl-sarı meyvələri bitkiyə dekorativlik verir. Şaquli yaşıllaşdırmanın bütün növləri üçün (çəpər, çardaq və s.) perspektivlidir. Bağ və parkların qrup və tək əkinlərində və canlı çəpərlər salınmasında istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Gürcüstan florası Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Rusiya florası Kateqoriya:Afrika florası Kateqoriya:Bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:Bağ bitkiləri Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Fransa florası Kateqoriya:Almaniya florası Kateqoriya:İspaniya florası Kateqoriya:Mərakeş florası Kateqoriya:İtaliya florası Kateqoriya:Əlcəzair florası