thumb
Vedalar və ya Veda təlimi — Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri. Bir sıra dinlər, xüsusilə brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm bu təlim əsasında formalaşmışdır.
Etimologiyası "Veda" sözü "bilmək", "bilik", "görmək"; deməkdir, bu söz xüsusi ali elm və mərifət mənasında işlədilir. Bu söz "Riqveda"da yalnız bir dəfə işlənilmişdir.RV 8.19.5, translated by Griffith as "ritual lore" Geldner’s translation of the same passage has "knowledge". K. F. Geldner. Der Rig-Veda, Harvard Oriental Series 33–37, Cambridge 1951. Veda zözü qədim Hind -Avropa dillərində "u̯eidos", yunan dilində "(ϝ)εἶδος" — ("forma"), rus dilində — ведать, отведать — ("görmək", "dadmaq"), ingilis dilində — wit, witness, wisdom, vision (sonuncu söz: latın dilindəki video, videre), alman dilində — wissen ("bilmək", "bilik", norveç dilində — viten ("bilik"), isveç dilində — veta ("bilmək"), polyak dilində — wiedza ("bilik"), latın dilində — video ("mən görürəm"), çex dilində — vím ("mən bilirəm") və ya vidím ("mən görürəm"), holland dilində — weten ("bilmək") mənasında izah olunur. Veda bəzi mənbələrdə "Apaverşiya", yəni "fövqəl-insan" da adlandırılır.
Müqəddəs kitablar Veda təlimində dörd dini kitab vardır; Witzel, Michael, "Vedas and ", in: : Birinci kitab olan "Riqveda"nın əsas himnlərinin yaranmasını е.ə. II minilliyin sonuna, vahid vedalar məcmuəsinin tərtibatını е.ə. II–I minilliklərə aid edirlər. Vedalar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi şəkildə söylənərək sonrakı nəsillərə ötürülürdü. Hindusların inancına görə, bu nəğmələr heç bir məxluq, şair təfəkkürünün məhsulu deyil və onlar yalnız qeyri-adi bir varlıqdan, vəhydən qaynaqlanır. Vedaların ən qədimi və önəmlisi olan Riqvedada (bilik, himnləri bilmə) tanrılara 1028 nəğmə (himn, ilahi) həsr olunmuşdur. Ən uzun olanı 191 ilahidən ibarət birinci və 43 ilahidən ibarət olan onuncudur. Riqvedanın digərlərindən fərqi onun yüksək səslə oxunması və burada olan şükür, arzu və bəddua tərzindəki duaları əhatə etməsidir. Bu nəğmələr ən çox Veda dövrünün tanrıları İndra, sonra Aqni və daha sonra isə Varunaya ünvanlanır. Hinduslar müasir dövrdə də veda nəğmələrini sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua məqsədilə oxuyurlar.
Tanrılara ibadət və onlara nəzir-niyaz etmək üçün lazım olan dua və ilahilərdən təşkil olunmuş Sama VedaWitzel, M., "The Development of the Vedic Canon and its Schools : The Social and Political Milieu " in nəğmə oxumaq anlamına gəlir. Qurban əsnasında söylənən, yüksək səslə oxunan ilahilər Riqvedadan götürülmüşdür.
Yacurvedada Riqveda nəğmələrinin bir çoxunun məzmunu əks olunmuşdur. Bu kitab qurbanlıq mərasimlərində təkrarlanan zikrlərdən ibarətdir. Hər iki veda Riqvedadan sonra yaranmışdır.
Asarvaveda (Acurveda və ya Atharveveda) vedaların dördüncü və sonuncu kitabıdır. E.ə VII–VI əsrlərə aid olan Atharveveda digər üç kitabla müqayisədə fərqli üsluba malikdir. 730 himndən ibarət olan kitab sehr və cadugərlik məsələlərində şər qüvvələrinə qələbə çalmaq məqsədilə yazılmış müxtəlif magik nəğmələr toplusundan ibarətdir.
Bu dörd vedadan hər biri öz növbəsində iki müstəqil hissəyə- Samhita və Brahmanaya bölünür. Samhita dedikdə, müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində veda kahinləri tərəfindən oxunan nəğmələr toplusu nəzərdə tutulur.
Qurbanlıq mərasimlərində, adətən əsas aparıcı kahin olan brahman əvvəlcə Asarvavedadan bir parçanı oxuyur, sonra huteri adlı başqa kahin Riq Vedadan müəyyən nəğmələri ifa edir. Bundan sonra, üçüncü kahin, yəni adqateri Sama Vedadan bəzi nəğmələri əzbərdən deyir, dördüncü kahin adhuvariyu qurbanlıq hədiyyələri oda qurban edərək Yacurvedadan dualar oxuyur və ibadət mərasimi sona çatır.
Həmçinin bax Adhyatman
İstinadlar
Xarici keçidlər Веды — статья в энциклопедии . Кругосвет "Риг-веда" в переводе на русский язык. Т. Я. Елизаренковой "Атхарва-веда" Мандалы I–VII (из XX) в переводе на русский язык. Т. Я. Елизаренковой
Kateqoriya:Hinduizm Kateqoriya:Hindu mətnləri Kateqoriya:Sanskrit mətnləri Kateqoriya:Vedalar