Nütəh — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kənd inzibati ərazi dairəsində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir.
Toponimikası Nütəh oyk., mür. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi qonşu Xaltan kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı tat dilindəki nü (təzə, yeni) və deh (kənd) sözlərindən düzəlib, “yeni, təzə kənd” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 145 nəfər əhali yaşayır. Əhalisi etnik tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Quba rayonu Nütəh kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 230 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri