Malazgird döyüşü — Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) döyüş baş vermişdir. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi Anadoluda və ətrafında Bizans hakimiyyətinin zəiflənməsində mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır. XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanın qapılarını onların üzünə açan qələbə kimi qəbul edirdilər.Barber, Malcolm. The Crusader States Yale University Press. 2012. . Page 9

Bizans ordusundakı muzdluların və hərbi mükəlləfiyyətlə orduya cəlb edilmiş döyüşçülərin əksəriyyətinin döyüşdən tez bir zamanda qaçıb canlarını xilas etməsinə görə, məğlubiyyət qərbi və şərqi taqmatalardan toplanılmış döyüşçülərə baha başa gəldi. Malazgirddəki döyüşün nəticələri Bizans üçün fəlakət demək idi. Döyüşün nəticəsi siyasi və iqtisadi böhrana gətirib çıxardı və Bizansın öz sərhədlərini müdafiə etməsini daha da çətinləşdirdi. Bu, türklərin mərkəzi Anadoluya daxil olmalarına səbəb oldu — 1080-ci ildə artıq Səlcuq türkləri 78.000 kvadrat kilometr ərazini ələ keçirmişdilər. Bizansın özünə gəlməsi 30 ilə başa gəldi və I Aleksius (1081–1118) Bizansda sabitliyi bərpa edə bildi. Tarixçi Tomas Asbridc yazır ki, "1071-ci ildə Malazgird döyüşündə səlcuqlular imperiya ordusunu Kiçik Asiyanın şərqində darmadağın etdilər, tarixçilər bunu yunanlar üçün faciəvi geriləmə olaraq hesab etməsələr də, hər bir halda bu acıverici bir geriləmə idi".Thomas S. Asbridge The Crusades (2010) p 27 Həmçinin bu birinci və sonuncu hal idi ki, Bizans imperatoru müsəlman komandanın əsiri olurdu.

Arxa plan Bizans imperiyasının orta əsrlərin güclü və möhkəm imperiyalarından biri kimi qalmasına baxmayaraq, hərbi baxımdan bacarıqsız monarxlar olan IV Konstantin Monomaxın və yenidən X Konstantin Dukasın hakimiyyəti illərində imperiya hərbi baxımdan çox gerilədi və I İsaak Komnenosun 2 illik qısa hakimiyyəti dövründəki islahatlar sadəcə Bizans ordusunun çökməsini bir qədər gecikdirə bildi.

1053-cü ildə IX Konstantin XI əsr yunan tarixçisi Con Skaylitzesin 50 min nəfərdən ibarət olduğunu və "İberiya ordusu" adlandırdığı hərbi birləşməni dağıdıb ləğv etdi. Skaylitzesin müasirləri olan keçmiş məmurlar Maykl Attaleiates və Kekaumenos də razılaşırlar ki, bu hərbi birləşmənin Konstantin tərəfindən dağıdılması imperiyanın şərq sərhədlərinin müdafiəsində faciəvi rol oynadı. Konstantin Səlcuqlularla 1064-cü ilə qədər davam edəcək razılaşma imzaladı, lakin Alp Arslanın komandanlığı altındakı böyük Səlcuqlu ordusu İberiya temasına hücum etdi və 25 günlük mühasirədən sonra Ani şəhərini ələ keçirib əhalini məhv etdi.link=|13x13px Baynes, T. S., ed. (1878), "Anni", Encyclopædia Britannica, 2 (9th ed.), New York: Charles Scribner's Sons, p. 72 

1068-ci ildə IV Diogen hakimiyyəti ələ aldı və bəzi sürətli hərbi islahatlardan sonra Manuel Komnenosu (I İsaak Komneneosun qardaşı oğlu) ekspedisiyanın komandanı təyin edərək Səlcuqlular əleyhinə göndərdi. Manuel Hierapolis Bambisi ələ keçirdi və İkoniuma olan türk hücumunun qarşısını əks-hücumla aldı, lakin sonradan Sultan Alp Arslanın komandanlıq etdiyi səlcuqlular tərəfindən məğlub edildi. Manuel əsir götürüldü. Alp Arslan qazandığı uğura baxmayaraq, tez bir vaxtda sülh imzalamaq istəyirdi. Çünki o, özünün əsas düşməni kimi Misir Fatimilərini görürdü və digər dövlətlər münasibətləri pisləşdirməyi arzulamırdı. 1069-cu ildə Bizansla razılaşma imzalandı.

1071-ci ilin fevralında IV Roman öz elçilərini Alp Arslanın yanına göndərərək 1069-cu il müqaviləsini yeniləməyi təklif etdi və şimal cinahını hücuma qarşı qorumağa çalışan Alp Arslan bununla razılaşdı. Edessanın mühasirəsini dayandıran Alp Arslan qüvvələrini Fatimilər tərəfindən idarə olunan Hələbə yönəltdi. Sülh danışıqları sadəcə aldatma məqsədli idi, Roman bundan istifadə edərək böyük bir ordu ilə səlcuqluların cavabını gözləmədən Şərqi Anadoluya doğru yürüşə başlamışdı.

Başlanğıc IV Romanı onun rəqibi Con Dukasın oğlu Andronikus Dukas müşayiət edirdi. IV Romanın ordusu Bizansın qərb əyalətlərindən toplanmış 5.000 nəfər peşəkar döyüşçüdən və ehtimalki, sayı bir o qədər də olan şərq əyalətlərindən toplanmış bölmələrdən ibarət idi. Bunlara mərkəzi meydan ordusunun (taqmata) uzun müddətdir yaradılmış nizami birləşmələri (Heteriya, Skolai və Straelati) daxil idi. Yerli Bizans elementləri arasına şərq və qərb temelərinin (hərbi inzibati bölmələrinin) əyalət orduları da daxil edilmişdi. Malazgirddəki arxa ordu böyük ölçüdə sərhəd ağalarının (arxontes) şəxsi bölmələrindən və kəndlilərdən təşkil edilmişdi. Onlara Andronikus Dukas rəhbərlik edirdi. Nəhayət, böyük orduya 500 frank və normandan ibarət olan və Roussel de Bailleulun komandanlıq etdiyi muzdlular, türk tayfalarından olan uzlar və peçeneqlər, bulqar muzdlular, gürcü və ermənilərdən təşkil edilmiş ordu bölmələri və Varyaq Qvardiyası daxil idi. Muzdlulara Antioxiya hersoqu rəhbərlik edirdi. Ordunun ümumilikdə sayı təxminən 40.000 idi.J. Haldon, The Byzantine Wars, 180 IV Romandan öncəki illərdə əyalət hərbi bölmələrinin sayı azaldılmışdı. Hökumət muzdlu ordudan istifadə etməyi üstün tuturdu. Çünki muzdlu ordunun siyasətə qarışma ehtimalı daha aşağı idi və müharibə bitdikdən sonra onları buraxmaqla pula qənaət etmək mümkün olurdu.

thumb|left|Malazgird döyüşündə Səlcuqlu ordusuna komandanlıq edən Alp Arslan.

Kiçik Asiyanı keçmək üçün olan yürüş uzun və əziyyətli idi. Bu yürüş boyunca ordu ilə yanaşı, lüks yüklər daşıtdıran IV Roman özünü ordusuna sevdirə bilmədi. Həmçinin yerli əhali onun frank muzdlu əsgərlərinin yağmalarına məruz qaldı. IV Roman onlardan bəzilərini ordudan qovmağa məcbur oldu. Bizans ordusu Sebasteiada Qızılırmaq çayı sahilində istirahət edərək, 1071-ci ilin iyununda Theodosiopolisa çatdı. Burada IV Romanın bəzi generalları yürüşü Səlcuqlu ərazilərinə doğru davam etdirməyi və Alp Arslanı hazırlıqsız yaxalamağı təklif etdilər. Digər bir qrup general isə burada qalmağı və möhkəmlənməyi təklif etdilər. Sonda yürüşün davam etdirilməsi qərara alındı.

Alp Arslanın ya heç gəlmədiyini, ya da çox uzaqda olduğunu düşünən IV Roman ümid edirdi ki, bu müddət ərzində Malazgirdi və mümkün olsa, onun yaxınlığındakı Xliat qalasını ələ keçirə bilər. Buna görə də, Van bölgəsinə doğru irəliləməyə başladı. Alp Arslan isə artıq bu bölgəyə gəlmişdi, müttəfiqləri və Hələbdən, Mosuldan olan 30 min süvari ilə onu gözləməkdə idi. IV Romanun onun barədə heç bir şeydən xəbəri olmamasına baxmayaraq, Alp Arslanın rəqibinin hər bir addımından xəbəri var idi.

thumbnail|Bizansla sülh əldə edən Alp Arslan Misirə hücum etmək niyyətində idi, lakin Hələbdə olarkən Bizans hücumu barədə məlumat əldə etdi və şimala yönələrək Van gölünün şimalında bizanslılarla qarşılaşdı.

IV Roman öz generalı olan Jozef Tarçaniotesə nizami ordunun bir hissəsini, Varyaq Qvardiyasını, peçeneqləri və franklari verərək Xilatı ələ keçirməyə göndərdi. IV Romanın özü isə yerdə qalan qoşunla Malazgirdə doğru irəlilədi. Qoşun elə bölünmüşdü ki, hər iki tərəfə təxminən 20.000 döyüşçü düşmüşdü. Tarçonioteslə göndərilmiş ordunun taleyi barədə dəqiq məlumat yoxdur. Bizans mənbələri bu barədə heç nə deməsələr də, müsəlman mənbələri Alp Arslanın bu ordunu darmadağın etdiyini bildirirlər. Mixail Attaliat isə, general Tarçoniotesin Alp Arslanın gözləri qarşısında döyüşdən qaçdığını yazır. Hər bir halda, IV Romanın ordusu planladığı 40.000-lik ordudan iki qat daha az oldu.

Döyüş Döyüşün səhəri günü Sultan Alp Arslan ordusunun topladı və ordunun qarşısına islami cənazə geyimi olan kəfənə bənzər bəyaz paltarda çıxaraq nitq söylədi. Bu nitq öz döyüşçülərini cəsarətləndirmək və sultanın döyüşdə ölməyə hazır olduğunu göstərmək üçün edilmişdi. İmperator IV Roman Tarçaneiotesin məğlub olmasından xəbərsiz idi və Malazgirdə doğru irəliləyirdi.J. Norwich, Byzantium: The Apogee, 238 O, 23 avqustda Malazgirdi asanlıqla ələ keçirdi, səlcuqlular isə buna ağır ox hücumu ilə qarşılıq verdilər. Növbəti gün Bryenniosun komandanlığı altında ərzaq toplayan bəzi Bizans döyüşçüləri Səlcuqlu ordusu ilə qarşılaşdılar və Malazgirdə geri çəkilməyə məcbur oldular. Bu ordunun Alp Arslanın əsas ordusunun olmasına inanmayan IV Roman tabeliyində olan erməni general Basilakesin komandanlığı altında bu məsələni dəqiqləşdirmək üçün süvari dəstə göndərdi. Süvari dəstəsi darmadağın edildi və Basilakes əsir götürüldü. IV Roman öz ordusunu döyüş düzülüşünə saldı və sol cinahını demək olar ki, türk ordusu tərəfindən mühasirəyə alınan, bir daha geri çəkilməyə məcbur edilən Bryenniosun komandanlığı altına verdi. Səlcuqlu ordusu yaxınlıqdakı təpəlikdə gecəni keçirdilər və bu, demək olar ki, IV Romanın əkshücuma keçməsini mümkünsüz etdi.

thumb|300px|Bizans ərazisi (bənövşəyi), Bizans hücumları (qırmızı və Səlcuqlu hücumları (yaşıl).

25 avqustda IV Romanın bəzi türk muzdlu döyüşçüləri öz qohumları olan səlcuqlularla əlaqə yaratdılar və Bizans ordusunu tərk etdilər. IV Roman göndərilmiş səlcuqlu sülh nümayəndəliyini rədd etdi. O, şərq problemini, səlcuqluların aramsız davam edən axınları problemini tamamilə həll etmək fikrində idi, həmçinin o, dərk edirdi ki, sonradan Səlcuqlu əleyhinə ikinci bir ordu toplamaq həddindən artıq bahalı və çətin başa gələcəkdir. İmperator Traçaneiotesi və onun yerdə qalan bölmələrini geri çağırmağa çalışdı, lakin onlar artıq o bölgədə deyildilər. Həmin gün toqquşma olmadı. 26 avqustda Bizans ordusu döyüş düzülüşünə keçdi və türk mövqelərinə doğru irəliləməyə başladılar. Bizans ordusunun sol cinahı Bryenniosun, sağ cinahı Teodor Alyatesin, mərkəz isə imperatorun öz komandanlığı altında idi. Bu anda, türk döyüşçüsü Alp Arslana "Sultanım, düşmən ordusu yaxınlaşır deyə demiş", sultan isə cavabında "biz də onlara yaxınlaşırıq" deyə cavablamışdır. IV Roman Andronikos Dukası geridə qalan dəstənin komandanı təyin etmişdi. Bu imperatorun etdiyi ən böyük səhv idi və bunu Andrnikosun sədaqtinə şübhə etdiyi üçün etmişdi. Bizans ordusunun yaxınlaşmasına 4 km qalmış Səlcuq ordusu hilal formasında düzüldü. Bizans ordusu yaxınlaşdıqca Səlcuqlu ordusu onları ağır ox atəşinə tutdular və mərkəzdəki qüvvələr geri çəkilərkən cinahlar irəliləyərək Bizans ordusunu mühasirəyə almağa başladı.