Tayson Gey () — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.

Ən yaxşı dərəcələri MəsafəVaxt (saniyə)YerTarixÇempionatın adı60 m6,55Fayetvil, Arkanzas, ABŞ11 fevral 2005Tyson Invitational100 m9,69 (2,0 m/s)Şanxay, Çin20 sentyabr 2009Shanghai Golden Grand Prix200 m19,58 (+1,3 m/s)Nyu-York, ABŞ30 may 2009Adidas Grand Prix200 m düz19,41 (-0,4 m/s)Mançester, Böyük Britaniya16 may 2010Manchester City Games400 m44,89Geynsvil, Florida, ABŞ17 aprel 2010Tom Jones Memorial Classic Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Yüngül atletikada dopinq halları Kateqoriya:Afroamerikalılar