Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli"Bəxt üzüyü"nün 20 yaşı tamam olur: [Vaqif Səmədoğlunun eyniadlı pyesi Ramiz Əzizbəylinin quruluşunda] //Ayna.- 2012.- 25 fevral.- S. 20. tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

Məzmun Filmin süjeti ailə-məişət münaqişəsi fonunda üzüyün itməsilə başlayır. Saranın "bəxt üzüyü"nün itdiyi iddia olunur və bu hadisə ailədaxili və sosial münasibətləri sarsıdır. Hadisələrin inkişafı zamanı üzüyün itməsinin ətrafında müxtəlif fərqli insan tiplərinin xarakterləri, davranış modelləri və sosial statusları üzə çıxır. Zahirən komediya janrında qurulan film əslində geniş sosial və fəlsəfi məzmun daşıyır.

Filmdə təqdim edilən personajlar cəmiyyətin müxtəlif təbəqə və davranış modellərini təmsil edir. Moşu – bacarmadığı sahələrdə fəaliyyət göstərən, lakin ailəsinə bağlı kişi tipidir. Söylü – şəhər mühitinə uyğunlaşa bilməyən, kənd mentalitetini daşıyan obrazdır. Sədaqət – əxlaq normalarına etinasız yanaşan, sərbəst həyat tərzi sürən şəxsləri təmsil edir. Rasim – rüşvətxor, şəxsi maraqlarını ön planda tutan və sosial pozuntulara biganə münasibət göstərən obrazdır. Hüseyn – yetimxanada böyüyən, həyat çətinliklərinə uyğunlaşa bilməyən və cəmiyyətin mənəvi deformasiyasından əziyyət çəkən şəxsdir. Filmdə üzüyün kim tərəfindən götürüldüyü məsələsi də ideya baxımından vacibdir. Əsərdə üzüyü Hüseynin götürərək satdığı göstərilsə də, film versiyasında üzüyün sadəcə olaraq itdiyi bildirilir. Bu dəyişiklik süjet xəttinə fəlsəfi yük əlavə edir: üzük burada təkcə əşya deyil, həm də simvolik olaraq xalqın və ya cəmiyyətin "bəxti", ümumi harmoniyası kimi yozulur. Bu "itki" müxtəlif personajların daxilən və sosial olaraq deformasiyaya uğraması ilə nəticələnir.

Film haqqında Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Film 2 ay ərzində Şüvəlanda çəkilib. Bağ yeri Şüvəlanda, bazar Mərdəkanda, dəniz Bilgəhdə lentə alınıb.

Festival və mükafat 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir.

Filmin heyəti

Quruluşçu rejissor — Ramiz Əzizbəyli Ssenari müəllifləri — Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu Əsərin müəllifi — Vaqif Səmədoğlu Quruluşçu operator — Amin Novruzov Quruluşçu rəssam — Rafiq Nəsirov Səs operatoru — Kamal Seyidov Rejissor — Elman Şeydayev Operator — Kamal Məlikov Bəstəkar — Eldar Mansurov Qrim üzrə rəssam — Rəna Əliyeva Geyim üzrə rəssam — Nizami Bəydəmirov Montaj edən — Nailə Dadaşova Mahnıları ifa edirlər — Ramiz Əzizbəyli (titrlərdə yoxdur), Firəngiz Rəhimbəyli, Mübariz Tağıyev, Səxavət Məmmədov, Tac (qrup) Mahnıların mətni — Ramiz Əzizbəyli ("Həyat yolu"), Vahid Əziz ("Bu sevgi"), İsmayıl Dadaşov ("Tanqo"), Vaqif Səmədoğlu ("Bir sabah") (titrlərdə yoxdur) Redaktor — Ramiz Rövşən Filmin direktoru — Akif Musayev

Rollarda Afaq Bəşirqızı — Söylü Valeh Kərimov — Moşu Göyəzənli Gülşad Baxşıyeva — Sara Ayşad Məmmədov — Hüseyn Firəngiz Rəhimbəyli (Firəngiz Rəhimbəyova kimi) — Sevda Nəsir Sadıqzadə — Tanrıbəy Rəfael Dadaşov — Rasim Muxtar Maniyev — Zırpı Cahangir Novruzov — milis rəisi Arif Quliyev — milis nəfəri Ramiz Əzizbəyli — sərxoş Vaqif Səmədoğlu - su satan

Filmi səsləndirdilər Ramiz Əzizbəyli — milis nəfəri(Arif Quliyev), qatıqsatan (titrlərdə yoxdur)

İstinadlar

Mənbə

Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Həmçinin bax Bir sabah

Kateqoriya:1991-ci ilin filmləri Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Ramiz Əzizbəylinin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Azərbaycanca filmlər