Məzmun Filmin baş qəhrəmanı-keçmiş tələbə (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və... çıxış yolunu özünə qəsd etməkdə görür.

Film haqqında Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib.

Festivallar və mükafatlar 1) 1996-cı ildə Aşqabadda VII Beynəlxalq "Firuzə Baharı" kinofestivalı Kinematoqrafda intellektual istiqamətə görə filmə Priz və Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Nəcib Məhfuz Ssenari müəllifi: Şamil Əliyev, Cəmil Quliyev Quruluşçu rejissor: Şamil Əliyev Quruluşçu operator: Rövşən Quliyev Quruluşçu rəssam: Əziz Məmmədov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Montaj edən: Tahirə Babayeva Rejissor: Süleyman Əhmədov Operator: Sərvər Rəşidoğlu Quraşdırılmış səhnələrin operatoru: Ramiz Ağayev Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Qrim rəssamı: Firuzə İsmayılova Dekor rəssamı: Elyaz Səfərov Fotoqraf rəssam: Elman Əliyev İşıq ustası: Akif Rəhimov İşıqçı: E.Muradov Rejissor assistenti: F.Qasımov Operator assistenti: H.Mehdiyev, Fuad Cabbarlı Montaj üzrə assistent: Rahidə Quliyeva, C.Səfərova Çalır: İnstrumental Orkestr Dirijor: Cavanşir Quliyev İnzibatçı: Tamara Kazaçenko (T.Kazaçenko kimi), Həsən Tağıyev, C.Muradov Məsləhətçi: P.Quliyev Redaktor: L.Kazaçenko Bədii rəhbər: Cəmil Quliyev Filmin direktoru: Arif Səfərov

Rollarda Elşən Rüstəmov — Azad Nara Nağıyeva (Gülnarə Əsgərova kimi) — Nuriyyə Süleyman Ələsgərov — Axund Əli Rasim Balayev — Qabil Kəmalə Hüseynova (Kəmalə Abdullayeva kimi) — Səbinə Şamil Süleymanov — Adil Ələkbər Hüseynov — Fikrət Muxtar Maniyev — sahə müvəkkili Sevda Əliyeva — Gülya Muxtar Avşarov — qarovulçu Emiliya Əzimova Bəxtiyar Kərimov Qönçə Ağabəyli (Qönçə Ağabəyova kimi) V.Əliyev A.Kərimova Elman Qurbanov M.Vətəndux E.Manuliyeva E.İbrahimov Elşən Şıxəliyev

Mənbə Deputatlığa namizədin bədbəxt etdiyi ailə

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1992-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Cinayət filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Şamil Əliyevin filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri