Mənim ağ şəhərim filmi rejissor Mərahim Fərzəlibəyov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Ekologiya problemi həm də insan talelərinin problemidir. Çünki ekologiya tək təbiətin çirklənməsi deyil, həm də insan talelərinin məhvidir. İnsanla təbiət ayrılmazdır. Ona görə də insan ətraf mühitin çirklənməsinin qarşısını almalıdır. Filmin leytmotivi belədir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Səyavuş Aslan, Rafael Dadaşov, Yaşar Nuri, Kamilə Məstanov, Kazım Həsənquliyev ifa edirlər.

Məzmun

Filmin mərkəzində iki sevən gəncin faciəli taleyi durur.

Sumqayıtın ekoloji mühiti filmdə öz əksini tapmışdır. Sovet hökumətinin süqutundan sonra "yeni dövran"da köhnədən qalmış problemlər hələ də davam edir. Filmdə adı deyilməsə də, Sumqayıt olduğu anlaşılan bu şəhərdə, xüsusilə də zəhərli zavodların yanında yaşayan insanların yeni nəsli şikəst və xəstə olaraq doğulur. Geniş simvolik ifadələrə yer verilən filmdə maraqlı yuxu səhnələri də yer almaqdadır.

Filmin üzərində işləyənlər Rejissor: Mərahim Fərzəlibəyov Ssenari müəllifi: Akif Həsənoğlu Operator: Ələkbər Murad Rəssam: Rauf Dadaşov Bəstəkar: Xəyyam Mirzəzadə

Rollarda Səyavuş Aslan — Murad Muradov Rafael Dadaşov — baş mühəndis Aydın Yaşar Nuri — Mirzəbala Kamilə Məstanova — Lalə Kazım Həsənquliyev — Rövşən Həsən Məmmədov — Mahmud dayı Amaliya Pənahova — Muradovun arvadı Eldar Quliyev — mafiya başçısı Firəngiz Mütəllimova — Gülnarə Arif Quliyev — Piri Kübra Əliyeva — Kübra xanım Zemfira Əliyeva — Mahmudun arvadı Səmayə Sadıqova — İradə Almaz Amanova — Nərgiz Ehtiram Fərzəlibəyov — Musa Hacı İsmayılov — xəstə Nazir Əliyev — xəstə Bəhram Osmanov — xəstə Əjdər Həmidov — Muradovun sürücüsü Kamal Xudaverdiyev — baş həkim Elmira Həşimzadə — Bağça müəlliməsi Naibə Allahverdiyeva — Kübranın qızı Məmmədkamal Kazımov — tramvay sürücüsü Hüsniyyə Mürvətova — Gülsüm Fidan Fərzəlibəyova — Fidan Tələt Rəhmanov — saunadakı adam Məzahir Süleymanov — həkim Nadir Xasıyev — sex işçisi Mayak Kərimov — tramvay sərnişini Kamil Məhərrəmov — tramvay sərnişini Mərahim Fərzəlibəyov — tramvay sərnişini Firəngiz Babayeva — katibə

Filmi səsləndirənlər:

Pərviz Bağırov — Musa (Ehtiram Fərzəlibəyov)(titrlərdə yoxdur)

Rasim Balayev — mafiya başçısı (Eldar Quliyev)(titrlərdə yoxdur)

Nəcibə Hüseynova — Bağça müəlliməsi (titrlərdə yoxdur)

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1993-cü ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

Filmi izlə Sumqayıt zavodunu partladan fəhlə...

Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Sumqayıtda çəkilən filmlər