Balkanlar və ya Balkan yarımadası (, , , , , , , ) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir. Ərazi adını Qərbdən şərqə doğru uzanan və Bolqarıstanı iki bölən dağ silsiləsindən alınmışdır. Əvvəllər o ancaq sıra dağlarının ad olaraq istifadə olunan balkan, daha sonra bütün bölgənin adı istifadə olunmağa başlamışdır. Balkan yarımadasının bir hissəsinin çox geridə qalmış olması səbəbindən Avropanın ən problemli ərazisi hesab edilir. Osmanlı imperiyasının ərazidəki hökmranlığın bitməsindən sonra Balkanların bölüşdürülməsinə aid olan problemlər indiyə kimi davam etmişdir. Bölgədə təxminən 49 milyon insan yaşayır.
Etimologiyası Bölgənin adı olan "Balkan və ya Balkanlar" sözü türk dilindədir. Sözün kökündə olan Balkan sözünün "sıx meşəlik, bataqlıq və dağlıq ərazi" kimi mənası var. Balkan sözü dünyadakı digər dillərə də türk dilindən keçmişdir.
Coğrafiyası Balkanlar cənubi qərbdə Adriatik dənizi və İon dənizi, cənubda Aralıq dənizi, cənub şərqdə Egey dənizi, Mərmərə dənizi və şərqdə isə Qara dəniz ilə əhatə olunmuş bir yarımadadır. O şimal sərhədlərini Dunay savad və qrupa üzv çayları təşkil edir. Balkan yarımadasının ümumi ərazisi 504 884 kvadrat kilometrdir.
Balkanların və ya coğrafi adla Balkan yarımadasının şərq, cənub və qərb sərhədləri haqqında mövcud fikir birliyinə baxmayaraq, şimal sərhədləri mübahisəlidir. Bəzi coğrafiyaçılar şimal sərhədini Dunay və Drava çayları kimi qəbul edir, bəziləri də sərhədi Karpat dağlarının şərqindən keçirir. Balkan yarımadasının sahilləri Aralıq dəniz sisteminə daxil olan altı dənizə açılır. Bu vəziyyət, Balkanların, Aralıq dənizi strategiyasındakı çox mühüm yerini vurğuladığı kimi, Balkan ölkələrinin çoxunun dəniz nəqliyyatı və dənizçilik sahələrində inkişaf etmələrinə də yol açır.
Balkanlarda coğrafi quruluşuna bağlı olaraq iqlimdə dəyişikliklər görülür. Adriatik və Egey dənizi sahillərində Aralıq dənizi iqlimi hakimdir. Qara dəniz sahillərində iqlim, rütubətli subtropik və mülayim okean növündədir. Daxili ərazilərdə isə rütubətli kontinental iqlim hakimdir. Yarımadanın şimalı ilə dağlıq sahələrdə qış soyuq və qarlı, yaylar isti və qurudur. Cənub ərazilərdə qışlarının iqlimi mülayimdir. Rütubətli kontinental iqlim Sloveniya, Şimali Xorvatiya, Bosniya və Herseqovina, Albaniyanın daxili, Şimali Monteneqro, Kosovo, Makedoniya, Bolqarıstan, Serbiya və Rumıniyada rast gəlinir. Geri qalan və geniş olmayan iqlim tipləri olan rütubətli subtropik iqlim və okean iqlimi, Bolqarıstanın Qara dəniz sahillərində və Türkiyədə görülür. Aralıq dənizi iqlimi, Sloveniya sahillərində, Cənubi Xorvatiya, Albaniya sahil hissəsində, Yunanıstanda, Cənubi Monteneqroda və Türkiyənin Egey Dənizi sahillərində görülər.
Dağlar və çaylar Bölgə sahəsinin böyük qismi dağlarla örtülüdür. Bu dağlar əsasən şimaldan qərbə və ya cənubdan şərqə uzanır. Balkan ərazilərinin ən yüksək dağı 2925 metrə yüksələn və Bolqarıstanda yerləşən Rila dağıdır. Rila dağını 2917 metr ilə Yunanıstandakı Olimp dağı və 2914 metr ilə Bolqarıstanın Vihren dağı izləyir. Bu yüksək dağların yanaşı, ən böyük dağ silsilələri Dinar dağları, Albaniya dağları, Şar dağları, Balkan dağları, Rodop dağlarıdır. Bu dağ silsilələrindən başqa daha kiçik və yerli dağlar da vardır.
Regionun bir çox hissəsində müxtəlif böyüklükdə axar sular yer alır. Regiondakı çaylar içində bəziləri bir çox ölkə boyunca axır və böyük bir hövzə yaradırlar. Bəziləri isə daha regional və ya lokal çaylardır. Regiondakı əhəmiyyətli çaylardan biri olan Dunay çayı Balkanların şərq hissəsində yerləşən ölkələri Qara dənizə bağlayır. Dunay çayına şimaldan axan Tisa çayı və şərqdən axan Morava çayı digər əhəmiyyətli çaylardır. 550 km uzunluğa malik Morava Çayı, Balkan bölgəsindəki ən uzun çay adına sahibdir. Qərbdən cənuba axan və Adriatik dənizə tökülən Neretva çayı də regionun önəmli su qaynaqlarından biridir. Digər əhəmiyyətli çaylardan Bolqarıstanda olan Maritsa çayı, Albaniyada axan Drin çay və Makedoniyada anadan olan Vardar çayıdır.thumb|Balkan yarımadası, 1891
Tarix Balkanların tarixi 44.000 il əvvəl ilk dəfə Yüksək Paleolitik dövrdə homo sapienslerin regionda ortaya çıxması ilə başlayır. Tarixdən qabaqkı dövrün sonu isə ilk dəfə yazılı mətnlərin Qədim Yunanıstanda ortaya çıxdığı E. Ə. 8-ci əsr olduğu qəbul edilir. Müxtəlif Yunan şəhər dövlətləri eradan əvvəlki əsrlərdə Balkanların Egey dənizi və Adriatik sahilləri ilə yaxın hökm sürmüşdür. E. Ə. 500-cü il sonrasında bu şəhər dövlətlərinə Afina və Sparta liderlik edirdi. Ancaq bu dövrdə şəhərlər şərqdən fəth və işğal məqsədilə gələn güclü Fars İmperiyasının təzyiqi ilə qarşılaşmışlar. Bu mübarizə şəhər dövlətlərinin mədəni olaraq zirvəyə çatacaqları, fəlsəfi inkişaf yaradan iki əsrin yaranmasına yol açmışdır. Bu mədəni inkişaf, Avropanın iki min illik inkişafına yol açmışdır. Şəhər dövlətlərindəki bu intibah dövrünü, Yunan şəhər dövlətlərinin başqa qüvvələr tərəfindən ələ keçirildiyi fasiləsiz müharibələr izlədi.Greece and the Balkans (200 BC) TimeMaps Balkanlar, eramızdan əvvəl III–II. əsrlərdə Romalıların suverenliyinə keçmişdir. Bununla yanaşı bölgə inzibati, mədəni və hərbi aspektlərdən Roma quruluşuna uyğun yaşamağa başlanmışdır. Roma hakimiyyətinin son illərində Romalılar, Qotlar, Hunlar, regionda öz güc sahələri yaratmaq işinə girişib və öz ərazilərini qurmuşlar.right|thumb|Balkan yarımadası, 2011
İqlimi Balkan yarımadası tarixən dünyada insanın yaşaması üçün ideal iqlim şərtlərinə sahib olan coğrafi məkanlardan biri olmuşdur. Yarımadanın iqlim xüsusiyyətlərinə diqqət yetirəndə ; cənubdan şimala və dəniz sahilindən daxili hissələrə doğru dəyişdiyi görünməkdədir. Cənubda Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Burada qışlar mülayim və yağışlı keçərkən, yaylar isti və quraqdır. Afinada qar nadir hallarda görünür. Şimalda və daxili hissələrə doğru getdikcə iqlim sərtləşir. Dağlıq bölgələrdə sentyabr və oktyabr aylarında yağan qar iyun ayında hələ də yerdə qalır. Yunanıstanda çox vaxt yay fəsli isti, qış fəsli isə mülayim və sərin keçən Aralıq dənizi iqliminin təsiri altındadır. Sahildə və adalarda iqlim daha yumşaq olmasına baxmayaraq, dağlıq ərazilərdə və daxili hissələrdə iqlim daha sərt keçir. Yağışın miqdarı ümumilikdə aşağıdır. Albaniya ərazisi quruluşunun müxtəlifliyindən fərqli iqlim tiplərinə sahibdir. Ölkədə başlıca olaraq 3 iqlim tipinə rast gəlinir. Cənub hissələrdə Aralıq dənizi iqlimi şimal və daxili hissələrdə rütubətli iqlim və şimal qərb hissəsində müşahidə olunan Alp iqlimi buna misaldır. Keçmiş Yuqoslaviyanın yüksək dağlıqç yaylalıq və sahil bölgələrində fərqli iqlim xüsusiyyətləri mövcuddur. Adriatik dənizi Aralıq iqliminin təsiri altındaddır. Sahilyanı ərazilər və yarımadanın cənubu bu səbəbdən yağan yağışların illik miqdarı ilə yüksəkdir. Makedoniya ərazisinin mühüm hissəsi dağlarla əhatə olunduğundan burada koninental iqlim tipi müşahidə olunur. Şimal hissələr cənuba nisbətən daha soyuqdur. Yay aylarında kiyafət qədər yağış görməyən torpaqların suvarılması üçün süni suvarma sistemlərindən istifadə olunur. Ruminiyanın iqlimi həm mülayim həm də kontinental tiplərinə ayrılır. Ölkəyə yağan yağış miqdarının ölçüsü hər yerdə demək olar ki, bərabər paylanılıb şərq bölgələrində isə dağlıq ərazilərinə yağış daha çox yağır.
İqlim bölgələri Selver Balkanları əsasən 5 iqlim bölgəsinə bölür. Birinci iqlim bölgəsi; Egey Adaları, Peroponesas, Yunan yarımadasının şimal sərhəddi və Albaniya sahili . Ümumi yağış miqdarının ¼-nin aprel və sentyabr aylarında göründüyü ərazidə qışda istilik 9–10°-dən aşağıya düşmür. Tropik meyvələrin yetişməsinə uyğun iqlim şəraiti bölgədə mövcuddur. Mülayim qış fəsli ilə seçilən Dalmasiya sahili ikinci bölgəni meydana çıxarır. Əsasən burada soyuq şimal küləkləri çox əsməkdədir. Şimala doğru iqlim sərtləşir. Şimal Makedoniyanın cənub və şərq hissələri ilə Qərbi Trakiya üçüncü bölgəni təşkil edir. Soyuq şimal küləkləri səbəbi ilə qış fəsli sərt keçir. Yaylar istdir və yağış il boyu müşahidə olunur. Pambıq, düyü, tütün qarğıdalı yetişir. Salonikidən şimala doğru irəlilədikcə Aralıq dənizi iqlimi yerini Mərkəzi Avropa iqlim şəraitinə təslim edir. Soyuq qışlar mülayim yaylar il boyu müntəzəm yağışlar vardır. Yağış miqdarı şimal qərbdə Bosniya və Herseqovina və Serbiyadan artarakən, şərqə doğru getdikcə azalır. Şərqi Trakiya və Bolqarıstan ovalıqları özlüyündə beşinci bölgəni yaradır. Quru və günəşli yaylar buğda yetişdirilməsinə imkan verir. Balkan yarımadası şimal və şimal qərbinin sərt küləkləri ilə məşhurdur. Qərb sahillərində dağlar sərin dəniz küləyinin təsirini daxili bölgələrə çatmasına əngəl olur.
Əhali Balkanlar bir çox millət və dinə aid insanların yaşadığı bir coğrafi bölgədir. Ərazisinin hamısı Balkanların sərhədləri içində olan Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Monteneqro, Kosovo, Makedoniya və Yunanıstan ölkələrində ümumi əhali 30.508.246 nəfərdir. Bu saya, torpaqlarının bir qismi Balkanlarda yer alan və Balkan ölkəsi sayılan Serbiya, Xorvatiya, Sloveniya, Rumıniya, Türkiyə və yenə Balkanlarda bir parça torpağı olan, ancaq tarixi, mədəni, siyasi səbəblərlə Balkan ölkəsi sayılmayan İtaliyanın bəzi hissələrindəki əhali əlavə olunduqda, Balkanlarda yaşayan insanların ümumi əhali sayı 49.147.477 olur.
Balkan torpaqlarında yaşayan millətlərin yayılma ilə dövlət sərhədləri uyğun deyil. Bu səbəbdən bir dil, vahid bir dövlət sərhədi içində danışılmır; Qonşu bir neçə dövlət içində eyni dilə rast gəlinir. Bu üzdən Balkanlarda yaşayan millətlərin ümumi saylarının müəyyən edilməsi asan deyil. Balkanlarda danışılan dillər danışanlarının sayı orta hesabla alınaraq bu cür ümumiləşdirilir: Yunan, Alban, Türk, Serb, Monteneqr, Boşnak, Xorvat, Sloven, Makedon, Bolqar, Rumın, İtalyan, Roman, Qaqauz türkcəsi.
Bölgənin əsas dinləri Xristianlıq (Pravoslav və Katolik) və İslam dinidir.Robin Okey, Taming Balkan Nationalism, The Habsburg 'Civilizing Mission' in Bosnia 1878–1914, Oxford ISBN13: 9780199213917 ISBN10: 0199213917 Ən böyük din qrupunu Pravoslavlar təşkil edir. Yunanlar, serblər, bolqarlar, rumınlar, makedonlar və monteneqrolular Pravoslav kilsəsinə bağlıdırlar. Albanlar içində kiçik bir təbəqə də Pravoslav etiqadı içindədir. Balkanlarda ikinci böyük din qrupunu müsəlmanlar təşkil edir. Türklər, albanlar (böyük qismi), boşnaklar regionda Müsəlman inancına sahib qruplardır. Üçüncü din qrupunu Katoliklər təşkil edir. Bu inanc qrupuna macarlar, slovenlər, xorvatlar daxildir. Albanlar arasında da katoliklər var.İslam Ansiklopedisi (Türkiye Diyanet Vakfı), Cilt 5, s. 27. Adı çəkilən böyük və geniş yayılmış dinlərdən başqa, İudaizm (Yəhudilik), bölgədə bəzi kiçik təbəqə və ya yaşayış yerlərində tabeçilərə malikdir.
Yerləşən ölkələr