Seyidzadə Mir İsmayıl Seyid Əhməd oğlu () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı 1907-ci ildə Gəncədə anadan olub. Mir İsmayıl Seyidzadə Lənkəran kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik İnstitutunun Elektrotexnika şöbəsində 2-ci kursadək oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Seyidzadənin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi.

Ailəsi Cümhuriyyǝtin Baş naziri olmuş Nǝsib bǝy Yusifbǝylinin xalası oğludur.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Cümhuriyyət tələbəsi İsmayıl Saryal

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Kiyev Politexnik İnstitutunun məzunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri