Maqasberd qalası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Şörəyel mahalının Düzkənd rayonu ərazisində, Araz çayının sol qolu olan Arpaçayın sağ sahilində qədim türk qalası.Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 99 - 103
Keçilməz divarları və dərin dərə ilə Maqasberd qalası üç tərəfdən möhkəm qorunur. Qalanın divarları əvvəllər ikiqat olmuşdur. Çöl divar nisbətən alçaq, iç divar isə daha hündür imiş.İki divarın arasında dərin xəndək yerləşmişdir. Lakin sonralar çöl divar dağılmış yalnız hündür olan içdivar qalmışdır.В. М. Арутунян, С. А. Сафарян – Памятники армянского зодчества, Москва, 1951, ст 51 Mənbələrə istinadən qalanın VI yüzilə aid olması güman edilir. Qalanın yerləşdiyi ərazilər qədimdən türk – oöuz boylarının yurdu olmuş, bu yerlərə ilk ermənilərin gəlişinin XVIII əsrə təsadüf etmişdir.Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 101
Adın etimologiyası
Qalanın adı türk dilində olmaqla maq və as etnonimlərindən və qədim türk dilində qala anlamında olan "berd" sözündən ibarətdir.Ə. Ələkbırli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 48 – 49
İstinadlar
Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
Kateqoriya:Şörəyel abidələri