Murtuza Axundzadə və ya Murtuza Axundov () — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Həyatı Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı.

Parlamentdəki çxışları Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi:

Sonrakı çıxışlarının birində isə qeyd edir ki:

Ailə üzvlərinin xatirələri Oğlu Yusifin xatirələri:

1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb.

Ölümü 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Artıq hakimiyyət tamam bolşeviklərin əlində idi. Belə olunca, yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlayır. Cümhuriyyətlə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında "xalq düşməni" damğası ilə güllələnərək Xəzər sularına qərq olurdu. 1920-ci ildə Murtuza Axundov "xalq düşməni" kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almışdı.

Ailəsi Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Murtuza Axundzadə Bakı şəhərində Mirzə Ağa Əliyev küçəsi (əvvəllər "Çadrovaya" adlanan küçə), ev 199 ünvanda yaşayırdı.

İstinadlar

Kateqoriya:Nargin adasında güllələnənlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri