"Otello" () — rejissor Sergey Yutkeviçin 1955-ci ildə çəkidiyi film.
Məzmun Dezdemona Venesiya taciri olan atası Brabansiodan gizli şəkildə Venesiya generalı mavr Otello ilə nikah bağlayır. Miçman Yaqo Otelloya nifrət edir. Elə buna görə də Yaqo Otellonu inandırmağa çalışır ki, Dezdemona ona xəyanət edir. Namusunun əldən getməsi ilə heç cür barışa bilməyən Otello öz arvadı Dezdemonanı boğub öldürür. Lakin tezliklə hər şey bəlli olur. Otello heç nəyin üstündə sevimli arvadı Dezdemonanı öldürdüyü üçün özünü bağışlamır və xəncərlə intihar edir.
Səhvlər Film Vilyam Şekspirin "Otello" faciəsi əsasında çəkilmişdir. Filmdə olan səhnələrdən birində gəminin arxa hissəsində Rusiyanın üçrəngli bayrağını görmək mümkündür. Film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi : Vilyam Şekspir Ssenari müəllifi : Sergey Yutkeviç Quruluşçu rejissor : Sergey Yutkeviç Operator : Yevgeni Andrikanis Rəssamlar : Arnold Vaysfeld, Valeri Dorrer, Mixail Karyakin
Rollarda Sergey Bondarçuk – Otello İrina Skobseva – Dezdemona Andrey Popov – Yaqo Vladimir Soşalski – Kassio Yevgeni Vesnik – Rodriqo Antonina Maksimova – Emiliya Yevgeni Teterin – Brabansio Mixail Troyanovski Aleksey Kelberer – Montano Nikolay Brillinq – Lüdoviko
İstinadlar
Kateqoriya:Rusiya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Sergey Yutkeviçin filmləri Kateqoriya:1955-ci ilin filmləri Kateqoriya:XVI əsr haqqında tarixi filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Romantik filmlər