thumb|right|150px|50 illik yubileyinə həsr olunmuş SSRİ poçt markası. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (, Naxiçevanskaya Avtonomnaya Sovetskaya Sotsialistiçeskaya Respublika, ), qısaca: Naxçıvan MSSR (, Naxiçevanskaya ASSR, ) — Azərbaycan SSR tərkibində muxtar respublika. 9 fevral 1924-cü ildə qurulmuşdur.

1920-ci ildə gerçəkləşdirilən Bakı əməliyyatının bir nəticəsi olaraq Cənubi Qafqaz regionu Qızıl Ordu tərəfindən işğal edilmişdir. Həmin ilin iyul ayınsa Naxçıvan Sovet Respublikası qurulmuşdur. 1923-cü ilin fevral ayında Azərbaycan SSR-nin bir parçası olaraq Naxçıvan Muxtar Vilayəti qurulmuşdur. 1924-cü ilin fevral ayında bu muxtar vilayət Naxçıvan MSSR-ya çevrilmişdir.

1990-cı ilin yanvar ayında Naxçıvan MSSR SSRİ-dən çıxmış, növbəti həmin ilin 19 noyabrında isə Azərbaycan Respublikasının bir parçası olaraq Naxçıvan Muxtar Respublikası qurulmuşdur.

Tarixi 28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulmuşdur.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan MR-i Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Mərkəzi İcraiyyə Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdurNaxçıvan Muxtar Respublikası məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 365.

Əhali 1926–1989-cu illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əhalisi: Milliyət 1926Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР Демоскопnəf. % 1939Всесоюзная перепись населения 1939 года. Распределение городского и сельского населения областей союзных республик по национальности и полу Демоскопnəf. % 1959Всесоюзная перепись населения 1959 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскопnəf. % 1970Всесоюзная перепись населения 1970 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскопnəf. % 1979Всесоюзная перепись населения 1979 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскопnəf. % 1989Всесоюзная перепись населения 1989 года.Распределение городского и сельского населения областей республик СССР по полу и национальности Демоскопnəf. % Ümumi 104656 100,00% 126696 100,00% 141361 100,00% 202187 100,00% 240459 100,00% 293875 100,00% azərbaycanlılar1937-ci ilə qədər "türklər" 88433 84,50% 108529 85,66% 127508 90,20% 189679 93,81% 229968 95,64% 281807 95,89% kürdlər 2649 2,53% 2549 2,01% 3161 2,24% 3919 1,94% 3807 1,58% 3782 1,29% ruslar 1837 1,76% 1509 1,19% 303 0,21% 1087 0,54% 1696 0,71% 3127 1,06% ermənilər 11276 10,77% 13350 10,54% 9519 6,73% 5828 2,88% 3406 1,42% 1906 0,65% ukraynalılar 92 0,09% 360 0,28% 438 0,31% 997 0,49% 942 0,39% 1858 0,63% belaruslar 7 0,01% 33 0,03% 63 0,04% 108 0,05% 94 0,04% 450 0,15% tatarlar 17 0,02% 52 0,04% 88 0,06% 102 0,05% 90 0,04% 104 0,04% digərləri 345 0,33% 314 0,25% 281 0,20% 467 0,23% 456 0,19% 841 0,29%

SSRİ-dən çıxması 250px|thumb|right|Naxçıvan MSSR

19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub.

Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.

Qərarın qəbulu Uzun müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul etdi:

Sonrakı hadisələr Qərar qəbul edildikdən sonra respublikanın müstəqilliyinin tanınması üçün dərhal İrana və Türkiyəyə nümayəndə heyəti göndərilir. Lakin Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını aldığına görə, yanvarın 21-də beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını keçərək İrana adlayır. Çətinliklə Təbrizə çatan naxçıvanlı deputatlar Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olurlar.

Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın "Sovet Naxçıvanı" qəzeti müstəqilliklə bağlı qərarı dərc edir və ilk dəfə çox böyük tirajla- 40 min nüsxə ilə satışa çıxır. Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi dildə verir. Yanvarın 25-də İrana göndərilən nümayəndə heyəti əliboş geri qayıdır.

Yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyilə bağlı hədələr öz işini görür. Beləcə hər şey əvvəlki axarına qayıdır və 8 günlük müstəqillik sevincinə son qoyulur.

Qeydlər

İstinadlar

Həmçinin bax Naxçıvan İctimai Şuralar Cümhuriyyəti Naxçıvan MSSR (film, 1959)

Xarici keçidlər

Böyük Sovet Ensiklopediyasında. worldstatesmen.org saytında.

Kateqoriya:9 fevralda yarananlar Kateqoriya:1924-cü ildə Azərbaycanda yarananlar

Kateqoriya:Azərbaycan Sovet Sosialist Respublikası Kateqoriya:SSRİ-nin muxtar respublikaları Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər