Abel Aqanbekyan və ya Abel Aqanbeqyan (, ; ) — Ermənistan və Rusiya alimi, iqtisadiyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, yenidənqurma illərində Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri.

"Eko" jurnalının baş redaktoru həmçinin "Elm və Həyat" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 1989–2002-ci illər ərzində, Rusiya hökuməti nəzdində Xalq təsərrüfatı akademiyasının rektoru vəzifəsində çalışmışdır.

Həyatı Abel Aqanbekyan 8 oktyabr 1932-ci ildə Sovet İttifaqının Tiflis (indiki Tbilisi, Gürcüstan) şəhərində, Sovet İttifaqı Kommunist Partiyasının yüksəkrütbəli rəsmisinin ailəsində anadan olmuşdur. 1956-cı ildə Moskva Dövlət İqtisadiyyat İnstitutunu bitirdikdən sonra, SSRİ-də əməkhaqqı siyasətinə məsul olan sovet hökumət strukturunda işə düzəlmişdir. 1961-ci ildə rəsmi dövlət işindən ayrılaraq elmi fəaliyyətinə başlamışdır. O, Novosibirskdə yerləşən və Moskvadan gələn gənc, iddialı mütəxəssislərin qısa zamanda toplaşdığı yeni elmi institutun əməkdaşı olmuşdur. 1960-cı illərdə SSRİ-də meydana gələn riyazi iqtisadçılar qrupunun fəal üzvü kimi Aqanbekyan 1963-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1974-cü ildə həqiqi üzvü), 1964-cü ildə isə sözügedən institutun rəhbəri seçilmişdir. Həmin vaxt onun cəmi 32 yaşı var idi və cəmi bir kitabı nəşr olunmuşdur.

1980-ci illərin sonlarında Mixail Qorbaçovun baş iqtisadi məsləhətçilərindən biri olmuş və Sovet İttifaqının iqtisadi və biznes infrastrukturunun yenidən qurulması ehtiyacını dilə gətirən ilk sovet iqtisadçıları arasında yer almışdır. Onun ideyaları yenidənqurma mövzusunda yazılmış bir sıra ideoloji kitablarda təqdim edilmişdir.

Aqanbekyan 1980-ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. Abel Aqanbekyan erməni millətçilərinin 80-ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir:

Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də dəfələrlə bəyan etmişdir.

1989-cu ildən 2002-ci ilə qədər Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının rektoru vəzifəsində çalışmışdır. Bolqarıstan və Macarıstan Elmlər Akademiyalarının xarici üzvü, Britaniya Akademiyasının isə müxbir üzvüdür. O, Sankt-Peterburq Dövlət Aerokosmik Cihazlar Universitetinin Sahibkarlıq və Hüquq İnstitutunun Beynəlxalq Sahibkarlıq kafedrasının professorudur.

O, Ruben Aqanbekyanın və Yekaterina Kupriyanovanın atasıdır.

26 iyun 2023-cü ildə "Pul yoxdur, amma ondan çoxdur" adlı müsahibəsində "Arqumentı i faktı" qəzetinə yoxsulluqla mübarizə yolları, Rusiyanın əsas iqtisadi göstəriciləri, eləcə də Rusiya əhalisinin həyat səviyyəsinin və iqtisadiyyatının necə yaxşılaşdırılması barədə fikirlərini bölüşmüşdür.

Ailəsi Qızı Yekaterina (1959-cu il təvəllüdlü) ABŞ-də yaşayır. Oğlu Ruben (1972-ci il təvəllüdlü) rusiyalı maliyyəçidir.

Əsərləri 20 monoqrafiya da daxil olmaqla 250-dən çox elmi nəşrin müəllifi və həmmüəllifi. Yenidənqurma dövrünün iqtisadi problemləri (1988–1989) haqqında kitablar 12 ölkədə nəşr olunmuşdur.

Əsas əsərləri:

Заработная плата в СССР. — , 1959 (в соавт. с В. Ф. Майером); Экономико-математический анализ межотраслевого баланса СССР. — М., 1968 (в соавт. с А. Г. Гранбергом); Система моделей народнохозяйственного планирования. — М., 1972 (в соавт. с А. Г. Гранбергом и К. А. Багриновским); Труд руководителя: учебное пособие для руководящих управленческих кадров. — 3-е изд. — М.: Экономика, 1977; Управление социалистическим производством: вопросы теории и практики. — М.: Экономика, 1979; Сибирь не понаслышке. — М., 1981 (в соавт. с З. Ибрагимовой); Что, Где, Почему: школьникам об экономике. — М.: Просвещение, 1981 (в соавт. с Д. Д. Москвиным); Научно-технический прогресс и ускорение социально-экономического развития. — М.: Экономика, 1985; Экономика станет чуткой к обновлению. — М.: Новости, 1986; Советская экономика — взгляд в будущее. — М.: Экономика, 1988; В первом эшелоне перестройки. — Новосибирск, 1989; Внутри перестройки: будущее советской экономики. — М., 1989 (переведена в США, Англии, Франции, Германии, Японии, Испании, Италии и др.); Социально-экономическое развитие России. — М., 2003; Социально-экономическое развитие России // Экономика и организация промышленного предприятия. — 2004. — янв.; Кризис: беда и шанс для России. — М.— Минск: АСТ, Астрель, Харвест, 2009. Экономика России на распутье… Выбор посткризисного пространства. — М.: АСТ, Астрель; Владимир: ВКТ, 2010. Демография и здравоохранение России на рубеже веков. — М.: Издательский дом "Дело" РАНХиГС, 2016. — ISBN 978-5-7749-1193. Финансы, бюджет и банки в новой России. — М.: Издательский дом "Дело" РАНХиГС, 2018. — ISBN 978-5-7749-1277-3. О приоритетах социальной политики. — М.: Издательский дом "Дело" РАНХиГС, 2018. — ISBN 978-5-7749-1376-3.

Mükafatları və fəxri adları "Lenin" ordeni (1967-ci il) "Rəşadətli əməyə görə. V. İ. Leninin anadan olmasının 100 illiyi münasibətilə" medalı (1970-ci il) "Qırmızı Əmək Bayrağı" ordeni (1975-ci il, 6 oktyabr 1982-ci il) "Moskvanın 850 illik xatirəsinə" medalı (1997-ci il) "Dostluq" ordeni (Rusiya) (2012-ci il) II dərəcəli P. A. Stolıpin medalı (2017-ci il) Yeqor Qaydar Fondu tərəfindən verilən "İqtisadiyyat sahəsində müstəsna xidmətlərinə görə" Yeqor Qaydar mükafatı (2019-cu il) Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) bürünc (1982-ci il) və gümüş (1987-ci il) medalları, SSRİ-də kosmik proqramların inkişafına göstərdiyi aktiv köməkliyə görə V. N. Çelomey adına medal (1987-ci il) və "İqtisadiyyatda nailiyyətlərinə görə" V. V. Leontyev adına medal (2004-cü il) ilə təltif edilmişdir. "Dostluq açarı" ordeni (2012-ci il, Kemerovo vilayəti) "Aleksandr Nevski" ordeni (8 iyul 2022-ci il) Rusiya Federasiyası Hökumətinin Fəxri Fərmanı (8 iyul 1997-ci il) — yüksəkixtisaslı kadrların hazırlanmasında və Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının formalaşmasında böyük şəxsi xidmətlərinə görə Bolqarıstan Elmlər Akademiyasının xarici üzvü (1986-cı il), Macarıstan Elmlər Akademiyasının fəxri üzvü (1988-ci il). Lodz Universitetinin (1980-ci il), Barselonadakı ESERP Ali Dövlət Qulluqçuları Məktəbinin (1986-cı il), Alikante Universitetinin fəxri doktoru, Kaliforniya (Heyvord) və Seul universitetlərinin Ali Dövlət Qulluqçuları Məktəbinin hüquq doktoru. Kinqston Universitetinin (Böyük Britaniya) fəxri "biznes inzibatçılığı doktoru", Sankt-Peterburq İdarəetmə və İqtisadiyyat Universitetinin fəxri professoru. Britaniya Elmlər Akademiyasının müxbir üzvü (1986-cı il). Beynəlxalq İqtisadiyyat Assosiasiyasının fəxri prezidenti və Beynəlxalq Ekonometriya Cəmiyyətinin fəxri üzvü.

İstinadlar

Əlavə ədəbiyyat Кто есть кто в России и ближнем зарубежье. — М.: Новое время, 1993.

Xarici keçidlər

Yuri Pompeyev "Qarabağ qan içində" 20 Yanvar faciəsinə aparan hadisələrin XRONOLOGİYASI Abel Aganbegyan Статья в справочнике Сибирское отделение Российской академии наук Историческая справка на сайте Архив Российской академии наук Профиль на сайте Санкт-Петербургского государственного университета аэрокосмического приборостроения Советская децентрализация: речь А. Г. Аганбегяна на конференции Совета Мировых Дел (World Affairs Council) ЦРУ, 28 августа 1991 года.

Kateqoriya:Rusiya erməniləri Kateqoriya:Rusiya iqtisadçıları Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:Qarabağ münaqişəsi