Hüseyn Paşa oğlu Hüseynov () — Azərbaycan el şairi, müəllim.

Həyatı Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub.

İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır.

Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.Azərbaycan aşıq şeirindən seçmələr. II cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005. səh.235–257

Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır.

1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.Aşıqlar. (toplayanı: Hümmət Əlizadə), Bakı, "Azərnəşr", 1938. səh. 240–288

Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi fəaliyyət göstərmişdir.

Səməd Vurğun, Hümmət Əlizadə, Şeyda Əziz, Miskin Əli və başqaları ilə dostluq etmişdir.

Təltifləri "Əməkdar müəllim" fəxri adı "Şərəf nişanı" ordeni

Əsərləri "Qoşa qəlbin duyğuları", Bakı, "Təbib", 2008, 218 səh.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər