Sahib Eyvaz oğlu Alıyev () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI və VII çağırış deputatı (2010-cu ildən), Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2008).
Həyatı Sahib Eyvaz oğlu Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir.
"Lider" televiziyasının siyasi icmalçısı olub.
Siyasi fəaliyyəti Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir.
2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış, V çağırış və VI çağırış deputatı, 2024-cü ildə isə 93 saylı Ağdaş seçki dairəsindən VII çağırış deputatı seçilib.
Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Təltifləri Azərbaycan Respublikasının Əməkdar jurnalisti — 4 noyabr 2008 Azərbaycan Respublikasında televiziya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli 24 nömrəli Sərəncamı. e-qanun.az "Şöhrət" ordeni – 30 dekabr 2023
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları