I Axsitan () – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

Adı Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fikrincə, Xaqani poemasındakı Zeleman tərəfindən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir.Brosse, c.397Hadi Həsən. Fələki Şirvani, s.26. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir.Дopн. Oпыт иcтopии, c.551 Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.Nizami. Leyli və Məcnun. Te9hran, h.1317 (fars dilində), s.ЗO, sət. 4, 6–9, 11Бepтeльc. Hизaми и Физyли, c.142Kulliyat Xakani, c.l 19.

Hakimiyyət dövrü Axsitanın sikkələrini araşdıran tədqiqatçılar onun hökmranlıq illərini təqribən müəyyənləşdirə bilmişlər. Belə ki, xəlifə əl-Müstəncid h.555–566 (1160–1170)-cı illərdə, II Arslanşah ibn Toğrul isə h.555–571 (1160–1176)-cı illərdə hakimiyyət sürdüyündən birinci növə məxsus sikkələrdə h.555–566 (1160–1170)-cı illər arasında zərb olunmuşdur.

Lakin Amerika numizmatika cəmiyyətindəki birinci növə aid sikkədə – Sankt-Peterburq Ermitajında bir neçə belə sikkə olduğundan o nadir tapıntı sayılmır – əlli beş (xəms və xəmsin) yəni h.555 (1160)-ci il tarixi göstərilmişdir. Deməli, həmin sikkə, şəksiz, Axsitanın III Mənuçöhrün öldüyü ildə Şirvanşah taxtına çıxarkən kəsdiyi ilk sikkədir. Sonra, xəlifə əl-Müstadi h.566–575 (1170–1180)-ci illərdə, sultan III Toğrul isə h.571–590 (1176–1194)-cı illərdə hökmranlıq etmişlər. Deməli, ikinci növə aid sikkələr h.571–575 (1176–1180)-ci illər arasında zərb edilmişdir. Üçüncüsü, xəlifə ən-Nasirlidin Allah h.575–622 (1180–1225)-ci illərdə, sultan III Toğrul isə h.571–590 (1176–1194)-cı illərdə hakimiyyətdə olduqlarından üçüncü növ sikkələr h.575–590 (1180–1194)-cı illər arasında kəsilmişdir. Dördüncüsü, sultan III Toğrul h.590 (1194)-cı ildə öldüyündən və ondan sonra İraq səlcuqları əvəzinə Xarəzmşahlar hökmranlıq etməyə başladığından üzərində xəlifənin adı olub sultan Toğrulun isə adı çəkilməyən dördüncü növ sikkələr h.590 (1194)-cı ildən sonra kəsilməli idi.

Mənuçöhrün h.555 (1160)-ci ildə öldüyünü və Axsitanın ilk sikkəsinin h.555 (1160)-cı ildə zərb edildiyini nəzərə aldıqda, onda Axsitanın hakimiyyətə başlaması h. 555 (1160)-cı ilə düşür. Axsitanın zərb etdirdiyi son sikkələr h. 590 (1194)- cı ildən sonraya aiddir. Axsitanın ölüm tarixi nə mənbələrdə, nə də numizmatik məlumatlarda göstərilir. Hadi Həsənin Xaqani yaradıcılığına dair araşdırmaları göstərir ki, şair Axsitanın ölümünə mərsiyə yazmamışdır.Hadi Həsən. Fələki Şirvani, s.28, 32 Bundan belə çıxır ki, guya Axsitan Xaqanidən çox yaşamışdır. Məlumdur ki, Xaqani h.595-ci ilin şəvval ayında (iyul, 1199), son illərini tənha keçirdiyi Təbrizdə ölmüşdür.O.B.Bильчeвcкий. Xpoнoфaммы Xaкaни. "Эпифaфикa Bocтoкa", XIII, M., 1960, c.59 Saray həyatına nifrət bəsləyən Xaqani saraya qayıtmaq haqqında Axsitanın təkliflərini dəfələrlə rədd etmişdir.S. Aşurbəyliyə görə, Xaqani xəstə olduğundan Axsitanın ölümünə mərsiyə yaza bilməmiş, yaxud münasibətləri pis olduğundan yazmaq istəməmiş, yaxud da ki, yazdığı əsər hələlik tapılmamışdır. Epiqrafik və ədəbi faktlar da I Axsitanın hakimiyyət dövrünün və onun davamiyyətinin aydınlaşdırılmasına yardım göstərir. Axsitan atası III Mənuçöhr kimi uzun müddət hakimiyyət sürmüşdür. Abşeron yarımadasındakı Mərdəkan kəndində iki daş üzərində həkk olunmuş natamam kitabədə (Xanıkov həmin kitabəni aşkarlayaraq Peterburqa göndərib və hazırda həmin kitabə Ermitajda saxlanılır) deyilir: "…islamın müdrik hökmdarı Mənuçöhr oğlu Şirvanşah Axsitan… hicri üçüncü (və) səksəninci (və) beş yüzüncü ildə" (h.583 (1187/8)-cü il).A.A.Aлecкepзaдe. Haдпиcь мapдaкянcкoй квaдpaтнoй бaШ-ни. Cб. "Apxитeктypa Aзepбaйджaнa эпoxи Hизaми" M., 1947, c.379. Göründüyü kimi, Axsitan h.583 (1187/8)-cü ildə, habelə h.584 (1188)-cü ildə sağ idi, belə ki, Nizami h.584-cü il rəcəb ayının 30-da (24 sentyabr, 1188) tamamladığı "Leyli və Məcnun" poemasını I Axsitana ithaf etmişdi.Бepтeльc. Hизaми и Фyзyли, c.141 XIII əsrin əvvəlinə aid mənbədə 1192-ci ildə Şamaxıda dəhşətli zəlzələ olduğu xəbər verilir. Bu zəlzələdə Axsitanın da ailəsi həlak olmuşdu. Lakin Axsitan bu vaxt öz kürəkəni eldəgəz Əmir Əmiran Ömərlə birlikdə Beyləqanda imiş. Deməli, Axsitan o vaxt sağ olmuş və ehtimal ki, bundan sonra bir neçə il də yaşamışdır. Həmin mənbədə Şirvanşah Axsitanın 1195-ci ildə atabəy Əbu Bəkrə qarşı Şəmkir vuruşmasında iştirak etdiyi göstərilir.Иcтopия и вocxвaлeниe вeнцeнocцeв. Пepeв. c фyз. K.C.Keкeлидзe. Tбилиcи, 1954, c.56–57, 59–62P.K.Kикнaдзe. ПapcaдaH Гopгиджaнидзe и "Иcтopия и вocxвaлeниe вeнцeнocцeв". Tбилиcи, 1975 c.144 (gürcü dilində) Axsitan Şəmkir vuruşmasından sonra bir il, yaxud ondan bir az çox yaşamışdır. Onun ölümü Nizaminin, Bertelsin fikrincə, 1196-cı ilin iyulundan, yəni h.593-cü ildən sonra yazılmış "Şərəfnamə" (İskəndərnamənin bir hissəsi) poemasında xatırlanır:

Axsitanın gülü və sərvi olsa da, Sən bu gülüstanın yaşıl budağısan. O, məni nemətlə ucaltmışdısa, Sən məni torpaqdan göylərə qaldırdın. Məni ondan da betər və uca tutub, Bağın qapısını üzümə bağlamadın.Бepтeльc. Hизaми и Фyзyли, c.152–153

Şair bu şeirdə Axsitanın varisinin adını çəkmir. Poemanın yazıldığı tarix – h.593 (1196/7)-cü il ehtimal ki, Axsitanın ölüm tarixini göstərir və digər materiallarla ziddiyyət təşkil etmir.S. Aşirbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006

Fəaliyyəti thumb|250px|right|Şirvanşah I Axsitanın zamanında əsaslı bərpa olunaraq müdafiə qurğusuna çevrilmiş qədim məbəd – Qız qalası I Axsitanın hökmranlıq illəri Şirvan dövlətinin iqtisadiyyatının böyük yüksəlişi, şəhərlərinin çiçəklənməsi, sənətkarlığın və ticarətin inkişaf dövrü kimi qeyd edilir. Həmin dövr ölkədə nisbi əmin-amanlıq, Axsitanın anası şahbanu Tamar vasitəsilə qohum olduğu qonşu Gürcüstanla sülh və müttəfiqlik münasibətləri dövrü idi. Vassallıq vəziyyəti ilə bir araya sığmayan bu dostluq və müttəfiqlik münasibətləri Xaqaninin əsərlərində, xüsusilə onun bu yaxınlarda Təbrizdə dərc olunmuş məktublarında əksini tapmışdır. Xaqani h.571 (1176)-ci ilin şəvval ayınadək Şamaxıda olmuş, Şirvanın mədəni və ədəbi həyatında fəal iştirak etmişdir.Гaфap Keндли. Xaкaни Шиpвaни, c.181P.A.Гyceйнoв, C.C.Aлияpoв. Из иcтopии coюзныx oтнoшeний Aзepбaйджaнa и Гpyзии в XII в. "Уч. Зaп. AГУ им. C.M.Kиpoвa", 1977, N°4. Xaqaninin bu yaxınlarda tapılmış məktublarından birində Axsitanın siyasi fəaliyyəti açılıb göstərilir.

Həmin məktub Xaqani Şirvanı tərk etdikdən sonra səfərə çıxan Şirvanşah Cəlal əd-Din Axsitanın Akuran Kurandan (Gürcüstanla sərhəddə, Şəki yaxınlığında kənd) yazdığı məktuba Xaqaninin cavabı idi. Xaqani xəbər verir ki, Şirvanşahın Şəkidən Abxaza (Gürcüstana) doğru hərəkət etdiyini eşitmişdir. Abxazda olan Axsitanın məktubuna cavab olan ikinci məktubdan aydınlaşır ki, Axsitan oraya gürcü hökmdarı III Georginin hakimiyyətindən narazı olan və onu taxtdan salmaq istəyən feodal və əyanları, qiyam qaldırmış şahzadə Dyomnanı sakitləşdirmək üçün getmişdir. Axsitan Gürcüstana seçmə Şirvan qoşunu ilə getmiş və göründüyü kimi, gürcü hökmdarının sarayında qayda-qanunu bərpa etməklə Baqratilər dövlətini süquta uğramaqdan xilas etmək üçün təkcə güc deyil, həm də diplomatiya işlətməli olmuşdu.Qafaг Kəndli. Xaqani Şirvaninin ikiyeni məktubu. Təbriz, h. 1349, 1314–328 (fars dilində) .Axsitan I Demetrinin Gürcüstanda hakimiyyəti dövründə Şəki "kafirlərinin, ehtimal ki, xristian əhalinin köməyilə gürcü hökmdarı tərəfindən işğal olunmuş Şəkiyə getdi.Фaлaки Шиpвaни. Oдa нa cмepть цapя Дeмeтpe I, c.287, 289.Lakin, məktubdan göründüyü kimi, Axsitanın hakimiyyəti dövründə Şəki yenidən Şirvan dövlətinin tərkibinə daxil edilmişdi. Beləliklə, Axistanın h.569 (1173/4)-cu ilin sonunda Gürcüstana yürüşü mükəmməl hazırlanmışdı.

O, seçmə qoşunu ilə bir həftə Akuran Kuranda dayandıqdan sonar Şəkinin cənubundan Abxaza yollandı. Burada onun cəsur döyüşçüləri güclü zərbə ilə qiyamçıları məğlubiyyətə uğratdı.Qafar Kəndli. Xaqani Şirvaninin iki yeni məktubu, s.320–328 Axsitan qoşunla Gürcüstana ölkəni işğal etmək deyil, bir müttəfiq kimi, qohumu hökmdar III Georgiyə taxt-tacını saxlamaqda kömək etmək məqsədilə getmişdi. III Georginin bacısı qızı İsmət əd-Din Axsitanın arvadı idi. Axsitan qonşuları ilə münasibətdə çox ağıllı və ehtiyatlı siyasət yeridirdi. O, İraq səlcuqilərinin daha güclü olduğunu görüb, ona xərac verir və zərb etdirdiyi sikkələrdə səlcuq sultanlarının da adını çəkirdi.

Lakin bu vassalıq formal xarakter daşıyırdı və Şirvanşahlar XII əsrin ikinci rübündən monqol basqınlarına qədər güclü mərkəzləşdirilmiş dövlətin tam səlahiyyətli və müstəqil hökmdarı olmuşlar. Axsitan kimi, sonrakı Şirvanşahlar da öz dövlətlərinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verirdilər. Mənuçöhr, Axsitan və onların varisləri dövründə Şirvanda, Şamaxıda, Bakıda və Abşeronda dövrümüzədək gəlib çatmış bir sıra qala, qəsr, divar və qala istehkamları tikilmişdir. Bununla Dərbəndin və Gürcüstanın Şirvana qarşı daim mövcud olan hücum təhlükəsi aradan qaldırıldı, habelə, Axsitanın Dərbənd arxasındakı Dəşt-i Qıpçaq çöllərində və Gürcüstanda yaşayan və Şirvana düşmən münasibət bəsləyən qıpçaqlar üzərində nüfuzu möhkəmləndi. Şirvanşahlarla Eldəgəzlər arasındakı qarşılıqlı münasibətlərə dair daha sonrakı –XVI əsr mənbələrində məlumat verilir. Həmin mənbələrdə göstərilir ki, "Səlcuqi II Toğrulun qardaşı sultan Məsud (h.529–547 (1134–1152)-ci illər) Atabəy Şəms əd-Din Eldəgəzi (h.531–571 (1136–1175)- illər) qoşunun bir hissəsi ilə Arrana göndərdi və o, qısa müddətdə Arran, Gəncə, Şirvan və Bakını bütövlükdə zəbt etdi…"Mиpxoнд. Payдaт ac-caфa. Изд. Лyкнoв., 1940, т.IV, c.202Hadi Həsən. Fələki Şirvani, s.35