"Böyük Oyun" — Neftçi PFK və Xəzər Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisi.
Tarix boyu Neftçi və Xəzər Lənkəran bir biri ilə 43 dəfə üz-üzə gəlib. Derbilərdə 17 heç-heçə, Neftçi 16 dəfə, Xəzər Lənkəran isə dəfə 10 qələbə qazanıb. Böyük Oyun zamanı arenalar 369 min tamaşaçı qəbul edib.
Tarixi
Neftçi və Xəzər Lənkəran arasında qarşılaşma "Böyük Oyun" adlansa da, terminin mənşəyi bəlli deyil.
İki klub arasındakı rəqabət sadə idman rəqabətindən daha çox köklərə sahib idi. Derbinin formalaşmasına hər iki klubun çempionluğa iddialı olması, milli kimlik (azərbaycanlılar və talışlar), şimal və cənub (Bakı və Lənkəran), şəhər və rayon, ictimai sinif (varlı və kasıb) kimi amillər təsir edib.
Neftçi və Xəzər Lənkəran arasında ilk derbi 2004-cü il dekabrın 8-də baş verib. Xəzər Lənkəran Mərkəzi Stadionunda keçən oyun 1–1 hesabı ilə başa çatıb.
2011-ci il martın 3-də Azərbaycan Kubokunun 1/4 finalının Neftçi — Xəzər Lənkəran oyununda dava düşüb. Hər iki klubun azarkeşlərinin yer aldığı tribunalar arasında bir sektor boş saxlansa da, fanatlardan bir qrupu ora daxil olub və əlbəyaxa davaya çıxıb. Stadionda asayişi təmin edən polisin və əsgərlərin müdaxiləsindən sonra insidentin böyüməsinə imkan verilməyib. Xəzər Lənkəranın qapısına penalti təyin olunduqdan sonra isə lənkəranlı azarkeşlər plastik oturacaqları qırmağa başlayıblar.
Qızıl oyun thumb|left|2005-ci ildə Gəncə şəhər stadionunda keçirilən "Qızıl oyun"
2004/2005 mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən "Xəzər Lənkəran" yekunda "Neftçi" ilə eyni – 78 xal toplamışdı. Azərbaycan Peşəkar Futbol Liqasının təklifi nəticəsində çempionu müəyyən etmək üçün neytral meydanda əlavə oyun keçirildi. 2005-ci il 10 iyunda Gəncə şəhər stadionunda keçirilən 25 minlik derbi Neftçi 2:1 hesablı qələbəsi ilə yekunlaşır. Oyun Azərbaycan KİV-lərində "Qızıl oyun" kimi qeyd olunub.
Bütün oyunların nəticələri
Azərbaycan Premyer Liqası Xəzər Lənkəran — Neftçi Neftçi — Xəzər Lənkəran Mövsüm Diviziya Tarix Stadion Nəticə Tamaşaçı sayı Tarix Stadion Nəticə İzləyici2004–05Yüksək Liqa08.12.2004Xəzər Lənkəran Mərkəzi Stadionu1 – 111.05.2005Tofiq Bəhramov adına Respublika Stadionu2 – 1Qızıl oyun Çempionu müəyyən etmək üçün keçirilən əlavə oyun (Neytral meydanda)10.06.2005Gəncə şəhər stadionu2 – 125,0002005–06Yüksək Liqa18.12.2005Lənkəran Olimpiya Kompleksinin stadionu0 – 130.05.2006Tofiq Bəhramov adına Respublika Stadionu2 – 22006–07Yüksək Liqa11.08.2006Xəzər Lənkəran Mərkəzi Stadionu2 – 11450016.02.2007Tofiq Bəhramov adına Respublika Stadionu1 – 0260002007–08Azərbaycan Premyer Liqası10.11.2007Lənkəran Olimpiya Kompleksinin stadionu0 – 1250011.05.2008Tofiq Bəhramov adına Respublika Stadionu0 – 1200002008–09Azərbaycan Premyer Liqası19.10.2008Xəzər Lənkəran Mərkəzi Stadionu2 – 01400012.04.2009Tofiq Bəhramov adına Respublika Stadionu2 – 1150002009–10Azərbaycan Premyer Liqası08.11.2009Xəzər Lənkəran Mərkəzi Stadionu0 – 012,00017.02.2010Tofiq Bəhramov adına Respublika Stadionu0 – 03,000Final mərhələsi27.03.2010Xəzər Lənkəran Mərkəzi Stadionu0 – 014,00001.05.2010Tofiq Bəhramov adına Respublika Stadionu0 – 04,0002010–11Azərbaycan Premyer Liqası25.09.2010Xəzər Lənkəran Mərkəzi Stadionu1 – 011,00013.02.2011Tofiq Bəhramov adına Respublika Stadionu0 – 02,500Final mərhələsi18.03.2011Xəzər Lənkəran Mərkəzi Stadionu1 – 115,00018.05.2011Tofiq Bəhramov adına Respublika Stadionu1 – 17,5002011–12Azərbaycan Premyer Liqası10.09.2011Xəzər Lənkəran Mərkəzi Stadionu1 – 014,00006.11.2011İsmət Qayıbov adına stadion5 – 02,500Final mərhələsi22.04.2012Xəzər Lənkəran Mərkəzi Stadionu1 – 01,20024.03.2012İsmət Qayıbov adına stadion1 – 14,5002012–13Azərbaycan Premyer Liqası14.12.2012Xəzər Lənkəran Mərkəzi Stadionu2 – 19,50015.09.2012İsmət Qayıbov adına stadion2 – 14,5002013–14Azərbaycan Premyer Liqası25.08.2013Xəzər Lənkəran Mərkəzi Stadionu0 – 010,00002.11.2013Bakcell Arena4 – 12,00009.02.2014Xəzər Lənkəran Mərkəzi Stadionu2 – 211,00029.03.2014Bakcell Arena1 – 04,0002014–15Azərbaycan Premyer Liqası24.11.2014Dalğa Arena2 – 21,20013.09.2014İsmət Qayıbov adına stadion1 – 02,00009.04.2015Xəzər Lənkəran Mərkəzi Stadionu2 – 24,50011.02.2015Bakcell Arena2 – 02,0002015–16Azərbaycan Premyer Liqası22.11.2015Xəzər Lənkəran Mərkəzi Stadionu0 – 29,00020.09.2015Bakcell Arena1 – 11,50010.04.2016Xəzər Lənkəran Mərkəzi Stadionu0 – 13,50013.02.2016Bakcell Arena1 – 02,500
Azərbaycan Kuboku və Azərbaycan Superkuboku Mövsüm Turnir Mərhələ Tarixi Stadion Ev komandası Hesab Səfər komandası Tamaşaçı sayı Qeydlər2010–11 Kubok 1/8-in ilk oyunu 03.03.2011Tofiq Bəhramov adına Respublika StadionuNeftçi3 – 4Xəzər Lənkəran5,000Xəzər Lənkəran ümumi hesabda 5 – 4 qalib gəldi 1/8-in cavab oyunu 08.03.2011Xəzər Lənkəran Mərkəzi StadionuXəzər Lənkəran1 – 1Neftçi15,000 2012–13 Kubok Final 28.05.2013Tofiq Bəhramov adına Respublika StadionuNeftçi0 – 0Xəzər Lənkəran20,000Neftçi oyun sonrası penaltilərdə 5 – 4 qalib gəldi 2013–14 Superkubok Final 23.10.2013Naxçıvan şəhər stadionuNeftçi1 – 2Xəzər Lənkəran9,8002015–16 Kubok1/8-in ilk oyunu02.03.2016Xəzər Lənkəran Mərkəzi StadionuXəzər Lənkəran3 – 2Neftçi4,500Neftçi ümumi hesabda 4 – 3 qalib gəldi 1/8-in cavab oyunu 09.03.2016Bakcell ArenaNeftçi2 – 0Xəzər Lənkəran2,500
Statistika TurnirOyunNeftçiHeç-heçəXəzər LənkəranAzərbaycan Premyer Liqası3715157Azərbaycan Kuboku5122Azərbaycan Superkuboku1001Cəmi43161710
Ən yüksək tamaşaçı sayı + İştirak qeydləriYer Tamaşaçı sayı Tarix Oyun Stadion126,120 10 iyun 2005 Neftçi – Xəzər Lənkəran Gəncə şəhər stadionu226,000 16 fevral 2007 Neftçi – Xəzər Lənkəran Tofiq Bəhramov adına Respublika Stadionu 320,00028 may 2013Neftçi — Xəzər LənkəranTofiq Bəhramov adına Respublika Stadionu
Böyük Oyun zamanı arenalar 369 min tamaşaçı qəbul edib. Derbidə orta hesabla 8581 izləyici qeydə alınıb.
Ən çox qol vurmuş oyunçular thumb|175px|right|Flavinyo Böyük Oyunda ən çox qol vuran oyunçudur. + Ən çox qol vurmuş oyunçular Oyunçu Dövr Klub Qol 1 Flavinyo 2010–2015 Neftçi 7 2 Zaur Tağızadə 2004–2010 Neftçi 4 2 Culius Vobay 2011 Xəzər Lənkəran 4 3 Bahodir Nəsimov 2010–2014 Neftçi 3 4 Vinston Parks 2010–2011 Xəzər Lənkəran 2 4 Rəşad Abdullayev 2004–2009 Xəzər Lənkəran 2 4 Zaur Ramazanov 2005–2008 Xəzər Lənkəran 2 4 Nikolas Kanales 2012–2013 Neftçi 2 4 Svetoslav Petrov 2006–2009 Neftçi 2
Tərəf dəyişənlər
Futbolçular Rəşad Abdullayev (Xəzər Lənkəran 2004–2009, Neftçi 2009–2012) Ruslan Abışov (Neftçi 2006–2012, Xəzər Lənkəran 2012–2013) Emin Quliyev (Neftçi 2001–2002; 2004–2005, Xəzər Lənkəran 2005–2009) Mahmud Qurbanov (Neftçi 1996–1997; 2004–2005, Xəzər Lənkəran 2005–2007) Branimir Subaşiç (Neftçi 2005–2008, Xəzər Lənkəran 2011–2012) Culius Vobay (Xəzər Lənkəran 2011, Neftçi 2012–2013)
Məşqçilər Ağasəlim Mircavadov (Neftçi 1987–1988; 2004–2006, Xəzər Lənkəran 2006–2010)
Populyar mədəniyyədə 2012-ci ildə Böyük Oyunun parodiyası "Aramızda qalsın" teleserialında nümayiş olunub. Teleserialda Neftçi azarkeşini Azər Axşam, Xəzər Lənkəran azarkeşi rolunu isə Tərlan Fərzullayev oynayıb.
İstinadlar
Xarici keçidlər "Böyük oyun"lar ölkə çempionatların şah əsəri idi… — II yazı
Həmçinin bax
Kateqoriya:Futbol rəqabətləri Kateqoriya:Azərbaycanda futbol Kateqoriya:Neftçi PFK Kateqoriya:Xəzər-Lənkəran FK Kateqoriya:2004-cü ildə Azərbaycanda yarananlar