Rober Osseyn (; ) — əslən azərbaycanlı olan Fransız aktyoru.Əfsəroğlu, K. Həyat özü bir kinodur: [əslən azərbaycanlı fransız kino aktyoru Rober Osseyn haqqında] //525-ci qəzet.- 2014.- 14 iyun.- S. 18–19.
Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olmuşdur . Rober Osseyn: İlk Avropa Oyunlarının məşəlini gəzdirməkdən qürur duydum.
Həyatı Rober Osseyn 30 dekabr 1927-ci ildə Parisdə anadan olub. Atası Andre Osseyn (Əminulla Hüseynov) Səmərqənddə doğulan İran azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Anası isə Bessarabiyanın (indiki Moldova) Soroki şəhərindən olan teatr aktrisası Anna Minevskaya idi. Milliyətcə yəhudi idi.
Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olmuşdur.
Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi "Sarışınlar sahili" filmindəki rolu ilə başlayıb.
31 dekabr 2020-ci ildə vəfat etmişdir. Vəfatı ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aktyorun ailəsinə başsağlığı verib.
Seçilmiş filmoqrafiya Anjelika, mələklər markizası Anjelika və Sultan
İstinadlar
Xarici keçidlər
Robert Hossein: "Bakıya heyranam"
Kateqoriya:Fransa aktyorları Kateqoriya:Fransa azərbaycanlıları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:XX əsr teatr rejissorları