Kameron Mişel Diaz — (; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi.

Həyatı Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi.

Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər. Anaları qızlarının ağır musiqiyə olan həvəslərini sakit qarşılayır, hətta Ozzi Ozbornun, Metallikin və Van Halenin konsertlərinə Kameronla gedirdi.

Uşaqlıqda Kameronun evdə siçan, pişik, quşlar, ilanlar və digər canlılardan ibarət kiçik bir zooparkı var idi. Zooloq olmağı arulayan Kameron aktrisa karyerası barədə heç düşünmürdü.

Karyerası Model Diaz 16 yaşında model kimi öz karyerasına başladı. Diazın Elite Model Management moda agentliyi ilə müqaviləsi var idi. Növbəti bir neçə il ərzində o dünyanın aparıcı moda agentlikləri ilə müqavilələr bağladı. O, Calvin Klein və Live`s-in əsas modellərindən biri kimi işləyirdi. Kameronun 17 yaşı olanda - 1990-cı ildə Seventeen jurnalının üz qabığında şəkli çıxdı.

Aktrisa Cim Kerri ilə çəkildiyi "Maska" (1994) filmində uğurlu debütündən sonra, Kameron Diaz Hollivudda tanınır. Peşəkar model hal-hazırda aktrisa kimi kifayət qədər populyardır, bir çox filmlərə çəkilməklə yanaşı, cizgi və animasiya filmlərinin səsləndirilməsində də iştirak edir. Aktrisaya xüsusi populyarlıq gətirən son filmlər arasında "Dəyişik məzuniyyət" və "Bir dəfə Veqasda" filmlərinin adlarını çəkmək olar. 23 iyun 2009-cu ildə Hollivudun məşhur şöhrət xiyabanında aktrisanın adını daşıyan 2386 saylı ulduz peyda olub.

Filmoqrafiya İl Ad Orijinal ad 1994 Maska The Mask1999Con Malkoviç olmaqBeing John Malkovich 2000 Çarlinin mələkləri Charlie's Angels 2001 Vanilli səma Vanilla Sky 2001 Şrek Shrek 2003 Çarlinin mələkləri: Daima irəli Charlie's Angels: Full Throttle 2004 Şrek 2 Shrek 2 2003 Üçüncü Şrek Shrek the Third 2010 Hər zaman Şrek Shrek Forever After 2014 Özgə qadın The Other Woman

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar