Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist.
Həyatı Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır.
1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıbPərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Bakı: "Elm", 2009, səh. 43. . Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir.
Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub.
1934-cü ildə Tehranda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:İran şairləri Kateqoriya:İran publisistləri Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Rəştdə doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr İran siyasətçiləri