Aişə əl-Qəddafi (; ) — Müəmmər əl-Qəzzafinin övladlarından biri, yeganə qızı, Liviyanın BMT İnkişaf Proqramındakı keçmiş xoşməramlı səfiri.

Liviya rəhbərinin yeganə qızıdır. İraqın sabiq rəhbəri Səddam Hüseynin vəkillər qrupunun hüquqi işlər üzrə müşaviri olub. 2006-cı ildən əmisi oğlu, polkovnik Əhməd-əl-Qəzzafi-əl-Qəhsiyə ilə nikahda olan Aişə üç övlad anasıdır. Hazırda "Vəetəsəmu" xeyriyyə fondunun rəhbəridir.

2011-ci ildə Liviyada baş vermiş hadisələrlə bağlı olaraq BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilmişdir.

Qardaşlarından fərqli olaraq, Aişə Qəzzafi çox soyuqqanlı təsir bağışlayır. Liviya vətəndaş müharibəsinin ilk günlərində o, "Son insan və son gülləmizə qədər döyüşəcəyik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq. Kişi olmayan yerdə kişi mənəm" deyə bildirmişdi.

İstinadlar

Xarici keçidlər Qəzzafilər Qəzzafinin uşaqları – Aişə və qardaşları (qafqazinfo.az saytında)

Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Liviya vətəndaş müharibəsi (2011) iştirakçıları Kateqoriya:Qadın hərbi qulluqçular