Abşeron ritmləri tammetrajlı bədii musiqili televiziya filmi rejissor Eldar Quliyev tərəfindən 1970-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər.

Məzmun Film incəsənət ustadlarının Azərbaycan zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatıdır. Burada tamaşaçılar musiqinin sədaları altında Bakının seyrinə çıxır, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış olurlar. Musiqili filmdə Rəşid Behbudov, Zeynəb Xanlarova, "Qaya" Vokal Kvarteti, Flora Kərimova, Oqtay Ağayev, Rəfiqə Axundova, Vladimir Pletnyov, Rafiq Babayev və onun idarəsilə kvartet, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Polad Bülbüloğlu, Aliyə Ramazanova və Ramiz Məmmədov iştirak edirlər.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 68–69

Film haqqında 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə "Abşeron ritmləri" filminin elektron versiyasını hazırlamışdır."Abşeron ritmləri" filminin elektron versiyası hazırlanıb

Filmin heyəti

Filmin üzərində işləyənlər Rejissor: Eldar Quliyev Ssenari müəllifi: İmran Qasımov Operator: Rasim Ocaqov Rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 217.

Həmçinin bax

Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri